XIX əsr Bakısı fransız
fotoqrafın obyektivində
Reims şəhərinin “Le Vergeur” muzeyi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə XIX əsrdə yaşamış fransız səyyah və fotoqraf Üq Kraftın Bakıda çəkdiyi şəkillərdən ibarət sərgisi təşkil olunacaq.
Noyabrın 25-dən
gələn il fevralın 4-dək davam edəcək “Bakını kəşf edək.
Üq Kraftın Qafqaz
səyahətləri” adlı sərgidə onun
1896-1898-ci illərdə şəhərə səyahəti
zamanı çəkdiyi fotoları nümayiş
olunacaq. Sərgi ziyarətçilərə
XIX əsrin sonlarında dünyada əsas
neft sənayesi mərkəzlərindən
biri olan Bakı şəhərini
yaxından tanımağa imkan verəcək.
Mədəniyyət.- 2017.- 18
oktyabr.- S.16.