Şövkət Məmmədovanın 120
illiyinə həsr edilmiş lektoriya
Oktyabrın 18-də Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində tanınmış opera müğənnisi, müsəlman Şərqinin ilk qadın vokalçısı Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr edilmiş lektoriya keçirilib.
Mərkəzin
İnformasiya-kommunikasiya, elmi
təminat şöbəsinin müdiri Rəfiqə
Nəsirova görkəmli sənətkarın mənalı ömür yolu barədə
məruzə edib. Şövkət Məmmədovanın
həyat və yaradıcılığından bəhs edən
videoçarx nümayiş
olunub.
Mədəniyyət.- 2017.- 20
oktyabr.- S.5.