Beynəlxalq simpoziumun ilk sessiyaları
Oktyabrın 18-də günün ikinci yarısında Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium (İSAC 2017) işini akademik sessiyalarla davam etdirdi.
Əvvəlcə Xalça Muzeyinin direktoru Şirin Məlikova "Azərbaycan Xalça Muzeyinin yaranması və inkişafında dövlətin rolu" mövzusunda məruzə etdi. Məruzədə vurğulandı ki, ölkəmizdəki xalça muzeyi dünya miqyasında çox az sayda olan bu cür muzeylər arasında öz unikallığı ilə seçilir. Uzun illər muzey üçün uyğunlaşdırılmamış binada, sonra isə dar bir məkanda fəaliyyət göstərmiş xalça muzeyi yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra məxsusi olaraq tikilmiş möhtəşəm binada yerləşib. Azərbaycan dövləti dünya dekorativ-tətbiqi sənət tarixində öz fərqliliyi ilə seçilən milli xalçaçılıq sənətini yaşatmaq və inkişaf etdirmək, o cümlədən tədqiqatların aparılması üçün geniş imkanlar yaratmaq üçün muzeyin inkişafına öz dəstəyini əsirgəməyib.
Simpoziumun birinci sessiyası "Dizayn və rəng" adlanırdı. “İSAC 2017” Akademik komitəsinin həmsədrlərindən olan
sənətşünas, Əməkdar
mədəniyyət işçisi
Toğrul Əfəndiyevin
moderatorluq etdiyi sessiya maraqlı çıxışlar ilə
yadda qaldı.
İlk məruzəçi, Beyrut Amerika Universitetinin təmsilçisi,
humanitar və fəlsəfə elmləri
namizədi Hadi Maktabi idi. O, "Azərbaycan və İran arasında xalça dizaynının
miqrasiyası" mövzusunda
danışdı. Məruzəçi Azərbaycan xalılarında
rast gəlinən rəmzi naxışlardan İran, Kirman xalçalarında da istifadə edildiyini, lakin Azərbaycan xalçalarının regiondakı
digər xalça məktəblərindən daha
qədim olduğu barədə çoxillik araşdırmaları barədə
topladığı faktları
paylaşdı.
Bizim xalçalar və
milli toxuculuq məmulatları üzrə
dünyada tanınmış
mütəxəssis, Şərq
xalçaları üzrə
Beynəlxalq Konfransın
İcraiyyə Komitəsinin
sədri Vendel Svan "Azərbaycanın
tanınmış dörd
xalça dizayn və motivlərinin inkişafı" adlı
məruzəsində əcnəbi
alimlərin xalça
dizaynı ilə bağlı yanlışlıqlarından
bəhs etdi. Mürrey Li Ayləndin
(ABŞ) "Lənkəran xalçasının dizaynının
təhlili", Azərbaycan
Milli Elmlər Akademiyasının aparıcı
elmi işçisi Telman İbrahimovun "Qasımuşağı Qarabağ
xalçasının dizayn
xüsusiyyətləri", professor Röya Tağıyevanın
"Ornamental simvollar Azərbaycan
xalçalarında şəkli
dilin funksional faktoru kimi" məruzələri də
xalçaçılıq sənətinin tarixilik baxımından şərhi
ilə yadda qaldı.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının dosenti,
xalçaşünas Məmmədhüseyn
Hüseynovun "Azərbaycan
xalçalarında rənglərin
dili" məruzəsi
xüsusilə böyük
maraqla qarşılandı.
Məruzəçi Azərbaycan xalçalarında
istifadə edilən rənglərdən və
onların sakral anlamlarından bəhs edərək, milli xalça sənətinin ayrıca götürülmüş
sahə kimi yox, ümumtürk kontekstində və bir neçə elmin qovuşuğundan formalaşmış elm kimi
öyrənilməsinin vacibliyini
sübuta yetirdi.
Simpoziumun ilk gününün "Təsviri incəsənətdə
və memarlıqda xalça nümunələri"
adlı ikinci sessiyasında iki məruzə dinlənildi.
Rusiya Etnoqrafiya Muzeyinin əməkdaşı Karina Solovyova
"Erkən Rusiya fotoqrafiyasında Qafqaz toxuculuq texnologiyalarının
təmsil xüsusiyyətləri",
Fransanı təmsil edən italiyalı araşdırmaçı Elisa Qrilli
di Kortona "Zaçerl ailəsi və piretrium" mövzularında çıxış
etdilər.
Gülcahan
Mədəniyyət.- 2017.- 20
oktyabr.- S.6.