“Azərbaycan - xalçanın qəlbi”
“Euronews” telekanalı ölkəmizlə bağlı “Azərbaycan. Xalçanın qəlbi” adlı süjet yayımlayıb. Süjetdə vurğulanır ki, xalçaçılığın ölkəmizdə çox qədim və zəngin tarixi var.
Bildirilir ki, dünyada ilk Xalça muzeyi Azərbaycanda yaradılıb. Muzeyin orijinal üslubda - yığılmış xalça formasında yeni binası haqqında ətraflı məlumat verilir.
Müəllif diqqətə çatdırır ki, muzeydə 5 minə yaxın eksponat var. Zallarda xalçaların təbii rənglərinə xələl gəlməsin deyə, lazımi hərarət və işıq səviyyəsi həmişə qorunur.
Muzeyin tərtibatının
çox maraqlı olduğunu
deyən müəllif qeyd edir
ki, ziyarətçi sanki
tədricən bu sənətin sirlərinin
açıldığı, onu yaradan xalqın və daha əvvəlki
nəsillərin mənəvi dünyasını özündə
birləşdirən başqa bir aləmə düşür.
“Euronews”un
hazırladığı süjetdə o da qeyd edilir
ki, 2010-cu ildə UNESCO-nun
qeyri-maddi mədəni irs
siyahısına daxil edilən Azərbaycan
xalçaları Ermitaj Muzeyində (Sankt-Peterburq), Vatikanda da qorunub saxlanılır.
Mədəniyyət.- 2017.- 20
oktyabr.- S.6.