Fransa estradasının canlı əfsanəsi Bakıda konsert verib
Oktyabrın 18-də Heydər Əliyev Sarayının səhnəsində Fransa estradasının canlı
əfsanəsi Patrisiya
Kaasın konserti olub.
Dünya şöhrətli ifaçının konserti
böyük maraqla qarşılanıb. Konsertdə
müğənninin pərəstişkarları
tərəfindən sevilən
hitlər, həmçinin
əfsanəvi şanson-ifaçı
Edit Piafın xatirəsinə
həsr olunan “Kaas chante Piaf” (2014) adlı 10-cu albomuna daxil edilən yeni kompozisiyalar səslənib.
Patrisiya
Kaasın stili qarışıq pop və caz musiqisidir. İndiyədək dünyada
18 milyon diski
satılan müğənninin xüsusilə Avropada
və MDB-yə üzv ölkələrdə
böyük pərəstişkarlar ordusu var. O, Fransa musiqisinin
inkişafında töhfəsinə görə bir sıra təltif və mükafatlara
layiq görülüb.
Müğənni, həmçinin “İndi
isə... Xanımlar və cənablar” və
“Öldürülən” filmlərinə çəkilməklə
aktrisa kimi də özünü sınayıb.
Mədəniyyət.- 2017.- 20
oktyabr.- S.7.