Bakıda Xəzər enerji turizm forumu keçirilib

 

 

   Oktyabrın 18-də Bakıda “Caspian European Club” “Caspian American Club” tərəfindən turizm sektoruna həsr olunmuş “Caspian Energy Tourism Forum”u təşkil olunub.

   10-dək ölkənin Azərbaycandakı diplomatları, 60-a yaxın turizm aidiyyəti sahələr üzrə özəl şirkət nümayəndələrinin qatıldığı tədbirdə mədəniyyət turizm nazirinin müavini Nazim Səmədov fəxri qonaq qismində iştirak edib.

   Forumda çıxış edən nazir müavini son iki il ərzində ölkəmizə gələn xarici turistlərin sayında, eləcə digər statistik göstəricilər üzrə müşahidə edilən artım, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunanAzərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti, Turizm Şurasının fəaliyyəti gələcək planları, Bakı Şopinq Festivalı, ölkəmizdə çimərlik turizminin inkişafı bu istiqamətdə görüləcək işlər s. barədə ətraflı məlumat verib.

   Çıxışdan sonra nazir müavini özəl şirkət nümayəndələri tərəfindən səsləndirilən suallara cavab verib. Diqqətə çatdırılıb ki, bu ilin 8 ayı ərzində xarici turistlər ölkəmizdə 703 milyon dollar xərcləyiblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 milyon dollar çoxdur. Ümumilikdə isə ötən il xarici turistlər ölkəmizdə 1,3 milyard dollar xərcləyiblər.

   Nazir müavini paytaxtımızda artıq ikinci dəfə keçirilən Şopinq festivalına da turistlərin maraq göstərdiyini deyib. Qeyd edib ki, festivalda əsas hədəf xarici turistlərin aktivliyinə nail olmaqdır. Bunun üçün xüsusi turizm paketləri hazırlanıb. Rusiya, ərəb ölkələri digər potensial turist cəlbi mümkün olan ölkələrdə turizm paketlərinin satışına başlanılıb.

   Nazim Səmədov Xəzər dənizində kruizlərin təşkili imkanlarından da bəhs edib.

   Bildirib ki, bu məsələ ilə bağlı ən böyük problem laynerlərin olmamasıdır. Hazırda Rusiya tərəfindən 2 layner tikilir. Artıq Rusiya ilə şifahi olsa, razılıq əldə edilib ki, iki ölkə arasında belə bir kruiz təşkil edilsin.

   Tədbirin yekununda “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev nazir müavini Nazim Səmədova fəxri üzvlük sertifikatını təqdim edib.

   Xatırladaq ki, dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ildə Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Təşkilatın mütəmadi olaraq keçirdiyi tədbirlər biznes nümayəndələri və dövlət strukturları arasında uğurlu dialoqun qurulmasına xidmət göstərir.

 

Mədəniyyət.- 2017.- 20 oktyabr.-S.9.