“Çölçü”
filmi Çikaqo festivalının final mərhələsində
Rejissor Şamil Əliyevin
“Çölçü” filmi
Çikaqo Beynəlxalq
film festivalının (Chicago İnternational Art-House Film Festival) müsabiqəsini uğurla
adlayaraq finala çıxıb. Ekran
əsəri bu mərhələdə iki
mükafat uğrunda namizəd kimi mübarizəyə qatılıb:
“Ən yaxşı bədii film” - Antonioni mükafatı;
“Ən yaxşı rejissor” - Tarkovski mükafatı.
Mükafatlandırma mərasimi noyabrın
12-də keçiriləcək.
Qeyd edək
ki, 2012-ci ildə “Azərbaycanfilm”
kinostudiyasında istehsalı olan “Çölçü” bədii filmi indiyədək 30-dan çox
beynəlxalq kinofestivalda və forumlarda iştirak edərək
müxtəlif mükafatlar, diplomlarla təltif olunub. Ekran əsəri 2013-cü ilin
“Humay” milli
mükafatına layiq görülüb.
Film, həmçinin 86-cı “Oskar” mükafatının uzun
siyahısında Azərbaycanı təmsil edib.
Mədəniyyət.- 2017.- 20 oktyabr.-S.10.