Ölkəmiz Seulda
keçirilən mədəniyyət festivalında təmsil olunub
Koreya Respublikasının paytaxtı Seulun Yonqsan rayonunda “İtaewon Global Village Festival”ı
keçirilib. Ölkəmizin Koreya Respublikasındakı
səfirliyi və Bakının Qaradağ Rayonu İcra Hakimiyyətinin dəstəyi
ilə Azərbaycan da festivalda yüksək
səviyyədə təmsil
olunub.
Səfirlikdən bildiriblər ki,
festivalda qurulan milli guşədə ölkəmizin tarixini, mədəniyyətini əks
etdirən materiallar, o
cümlədən xalçalar,
milli geyimlər, musiqi alətləri, müxtəlif suvenirlər,
fotoşəkillər nümayiş
etdirilib. Festivalın açılış
mərasimindəki konsert
proqramında Azərbaycan
rəqsləri və musiqisi də təqdim olunub.
Azərbaycanın festivalda təmsil
olunması Bakının
Qaradağ rayonu ilə Seulun Yonqsan rayonu arasında əməkdaşlıq
əlaqələri çərçivəsində
baş tutub.
Bu arada Qaradağ rayonunun nümayəndə heyəti
əməkdaşlıq əlaqələrinin
qurulması məqsədilə
dost ölkədə səfərdə
olub.
Nümayəndə heyəti ilə görüşdə rayonun rəhbəri Sonq Çanq-Hyonq, Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov və Qaradağ rayon İH başçısının müavini Emil Abbasov çıxış ediblər. Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair videoçarx nümayiş etdirilib.
Sonra
Qaradağ və Yonqsan
rayonları arasında dostluq əlaqələrinin
qurulmasına dair memorandum
imzalanıb.
Mədəniyyət.- 2017.- 20 oktyabr.-S.16.