Paytaxtımızda növbəti caz festivalı keçirilir
Oktyabrın 20-də növbəti Bakı Beynəlxalq Caz Festivalı başlanıb. Festival Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı ilə keçirilir.
Festivalın açılış mərasimi
“Elektra Events Hall”da gerçəkləşdi. Tədbirdə çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev paytaxtımızda
ənənəyə çevrilmiş
caz festivalının əhəmiyyətindən söz
açdı. Bildirdi
ki, 2017-ci il
Azərbaycan musiqi mədəniyyəti üçün
rəngarəng layihələr
və tədbirlərlə
zəngindir. Üzeyir Hacıbəyli Beynəlxalq
Musiqi Festivalı, Qəbələ Beynəlxalq
Musiqi Festivalı, eləcə də görkəmli musiqi xadimlərinin yubileyləri
və bir sıra tədbirlər musiqisevərlərin zövqünü
oxşayıb. Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən beynəlxalq
layihələrdən danışan
nazir müavini bu sırada musiqi festivallarının önəmini xüsusi vurğuladı.
Ölkəmizdə caz sənətinin
tarixindən bəhs edən Ədalət Vəliyev müasir Azərbaycan musiqi mədəniyyətinin mühüm
istiqamətinə çevrilən
cazın Bakıda ötən əsrin
20-30-cu illərindən yayılmağa
başladığını bildirdi. Qeyd olundu ki, görkəmli sənətkarlar
Tofiq Quliyev və Niyazi 1940-cı ildə ilk caz orkestrini yaradırlar.
Bu kollektiv tez
bir zamanda peşəkarlığı və
gözəl ifası ilə populyarlıq qazanır. Respublikamızda caz sənətinin
ən yüksək inkişaf dövrü isə 1950-1960-cı illərə
təsadüf edir.
Bu dövrdə gənc klarnet ifaçısı Tofiq Əhmədov caz əsərlərini ifa edərkən milli musiqi ladlarından istifadə edir, onların üzərində
işləyərək orkestr
üçün kompozisiyalar
yaradırdı. Bununla
yanaşı, Qara Qarayev, Niyazi, Tofiq Quliyev, Rauf Hacıyevin dəstəyi ilə Azərbaycanda estrada və caz musiqisinin
ikinci həyatı yaşandı. “Qaya”
kvarteti, Rafiq Babayevin kollektivi və nəhayət, Vaqif Mustafazadə dövrü başlandı.
V.Mustafazadə Şərq muğamını
Qərb dinləyicisi üçün anlaşılan
dildə, yəni caz ruhunda, yurdunun
dinləyiciləri üçün
isə cazı doğma, onlara yaxın olan muğam dilində çatdıraraq sevdirdi.
70-ci illərin
sonu - 80-ci illərin əvvəlində “Qızıl
payız” festivalları,
V.Mustafazadənin xatirəsinə
həsr olunmuş “Bakı 83” festivalı keçirildi. Bu dövrdə
Bakı artıq caz mərkəzlərindən
biri kimi məşhurlaşmışdı: “Müstəqilliyimizin bərpa
edilməsi bu musiqiyə daha da yaxınlaşmağa imkan yaratdı. Hazırda ölkəmizdə caz musiqisinin öz dinləyici auditoriyası və pərəstişkarları
var. Azərbaycanda yüksək
istedadı və ifa səviyyəsi ilə milli caz sənətində rolu olan musiqiçilər
yetişib. Həmin ifaçılar
beynəlxalq caz festivallarında Azərbaycanı
layiqincə təmsil edirlər. 2002-ci ildən
başlayaraq Bakıda
hər il
müxtəlif təşkilatlar
tərəfindən festivallar
keçirilir və dünya caz musiqisinin təmsilçiləri
azərbaycanlı ifaçılarla
bir səhnəni bölüşürdülər. 2009-cu ildən isə
Bakı Beynəlxalq Caz Festivalı Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən keçirilməyə
başlandı. Bu illər ərzində festivalda dünya cazının məşhur
simaları iştirak ediblər. İnanıram ki, növbəti
festival da ölkənin
mədəni həyatında
əlamətdar tədbir
kimi yadda qalacaq”.
* * *
Sonra festivalın ilk konserti
təqdim edildi. Konsertdə Qvineyanın tanınmış
caz ifaçısı
Sekou Kouyatın musiqi qrupu klassik
və müasir caz nümunələrini səsləndirdi.
Oktyabrın 28-dək davam edəcək
festivalın əsas qonaqları sırasında
dünya şöhrətli
fransız akkordeonçu
Rişar Qalyano da yer alıb.
O, Xalq artisti Yalçın Adıgözəlovun
dirijorluğuyla Azərbaycan
orkestri ilə çıxış edəcək.
Festivalda həmçinin “Kennedy Administreyşn” (ABŞ) qrupu, Bob Stenson (İsveç), Mixael Bortslava (Niderland), Omri Mor (İsrail), Ondera Forca (Türkiyə), Bendik Xofset (Norveç), Edmar Kastaneda (Kolumbiya), Pako Penteria (Meksika), Artur Dutkeviç (Polşa) və başqa tanınmış cazmenlər, habelə Azərbaycanın caz kollektivləri və ifaçıları iştirak edirlər.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 25
oktyabr.- S.8.