"Biri
var idi, biri yox idi..."
Oktyabrın
23-də Azərbaycan Rəssamlar
İttifaqının Vəcihə
Səmədova adına
sərgi salonunda "HəArt" artkonsaltinq qrupunun gerçəkləşdirdiyi
"İncəsənətə
HƏ" layihəsi çərçivəsində
"Biri var idi, biri yox
idi..." adlı sərginin açılışı
keçirildi.
Mədəniyyət və Turizm
Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgi zamanı müxtəlif yaş qruplarına aid uşaq və yeniyetmələrin təsviri,
tətbiqi sənət
əsərləri nümayiş
etdirildi.
Tədbiri giriş sözüylə
Xalq rəssamı Ağəli İbrahimov açaraq uşaqların
sənət dünyasının
həmişə diqqəti
cəlb etdiyini, onların fantaziyalarının
səmimiliyinin sərhəd
tanımadığını bildirdi.
Layihənin kuratoru Könül
Könüllü iştirakçılar
arasında fiziki qüsurlu uşaqların da olduğunu diqqətə çatdırdı.
O, sərgini uşaq dünyasına səyahət
adlandırdı və
balaca rəssamlara uğurlar dilədi.
Moldovanın ölkəmizdəki səfiri
George Leuca, Fələstinin
ölkəmizdəki səfirinin
xanımı Ayu Sara,
“Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin
direktoru Rəfael Gülməmmədli və
başqaları çıxış
edərək sərgilənən
işlər haqqında
düşüncələrini bildirdilər, iştirakçılara
uğurlar dilədilər.
Əsərləri
sərgilənən balacalardan
Adil Dəmirtaş, Aytac Ağayeva, Ayxan Bağırlı,
Fatima Əkbərova, Hüriyyət
Seyidəhmədova, Ləman
Kərimli, Leyla Mirməmmədova, Məryəm
Cəfərova, Nigar Aşurova, Suada Yusifzadə, Ülkər Qurbanova və Ülviyyə Ədilovaya diplomlar təqdim edildi.
Bildirək ki, sosial xarakter daşıyan "İncəsənətə HƏ" layihəsi "HəArt"
art-konsaltinq qrupu tərəfindən geniş
kütlələrə çağırışdır.
Əsas hədəf incəsənət
sahəsinin təhsil prosesinin məcburi tərkibinə çevrilməsi
mövzusunu gündəmə
gətirməkdir.
Sərgi oktyabrın 26-dək davam edəcək.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 25
oktyabr.- S.7.