Ukrayna qəzeti “Kontrabas” monotamaşası
haqqında
Xəbər verdiyimiz kimi,
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrı oktyabrın
3-dən 9-dək Kiyev şəhərində
keçirilən “Mariya”
Beynəlxalq monotamaşalar
festivalında təmsil
olunub. Teatrın aktyoru, Əməkdar
artist Şövqi Hüseynovun
ifasında P.Züskindin
“Kontrabas” tamaşası
festivalda böyük maraqla qarşılanıb.
Müxtəlif ölkələrdən teatr xadimləri səhnə əsəri haqqında müsbət rəy bildiriblər.
Yazıçı,
teatr tənqidçisi
Dmitri Drozdovskinin festivalda
təqdim olunan ən yaxşı tamaşalar haqqında Ukraynanın “Gün” qəzetində dərc etdirdiyi “Sənət mədəniyyətin müxtəlifliyində”
adlı məqaləsində
ilk olaraq “Kontrabas” tamaşasından söz açılır.
Bildirilir ki, Şövqi Hüseynov fəlsəfi, insani
hisslərlə dolu bir
əsərdə qəhrəmanın dramını
ustalıqla təqdim edir. Aktyor
“balaca adam”ın sərhədlər
tanımayan, bitib-tükənməz intellektini
tamaşaçıya səmimi şəkildə ötürür. Müəllif
vurğulayır ki, tamaşanın
maraqlı səhnə həlli qəhrəmanın həm daxili, həm də xarici
duyğularını dəqiqliklə, inandırıcı
ştrixlərlə çatdıra bilib.
Mədəniyyət.- 2017.- 25
oktyabr.- S.7.