“Pəhləvan komandir” cəzaçəkmə müəssisəsində nümayiş olunub

 

 

   Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində “Pəhləvan komandir” sənədli filminin nümayişi keçirilib. “Yaddaş” studiyasında çəkilən film Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin həyat və döyüş yolundan bəhs edir. Cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki Tahir Əliyev, Penitensiar Xidmətin Baş İdarəsinin əməkdaşı Mübariz Vəliyev, filmin ssenari müəllifi və rejissoru, Əməkdar incəsənət xadimi Nizami AbbasMilli Qəhrəman Əliyar Əliyevin qardaşı Rüzgar Əliyev çıxış edərək bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

   SonraPəhləvan komandirfilmi nümayiş olunub.

 

Mədəniyyət.- 2017.- 25 oktyabr.- S.15.