Polad Bülbüloğlu
“Rus ifaçılıq sənəti” Fondunun medalına layiq görülüb
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Rus ifaçılıq sənəti” İctimai Fondunun 25 illiyi medalına layiq görülüb.
Medal P.İ.Çaykovski adına Moskva Dövlət Filarmoniyasında keçirilmiş “Rusiya musiqi dövlətidir” konsert proqramı çərçivəsində təqdim olunub.
“Rus ifaçılıq sənəti” Fondunun prezidenti, Rusiyanın Əməkdar incəsənət xadimi Valeri Voronov mərasimdə çıxışında qeyd edib ki, Polad Bülbüloğlu Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə, dünya musiqi sənətinin inkişafına dəyərli töhfələr verib.
Polad Bülbüloğlu mükafata görə təşəkkürünü bildirərək Fondun Rusiya və dünya mədəniyyətinin inkişafında rolunu vurğulayıb.
P.Bülbüloğlu qeyd edib ki, Fondun başlıca qayəsi olan incəsənətin, o cümlədən gənc musiqiçilərin dəstəklənməsi olduqca nəcib işdir.
Həmin axşam Fondun
mükafatına layiq görülənlər
sırasında SSRİ Xalq artisti İosif Kobzon və başqaları da
olub.
Mədəniyyət.- 2017.- 25
oktyabr.- S.4.