Son sessiya seminar: gələcəyə doğru addımlar

 

   Beynəlxalq simpoziumunMüasirlikadlı sonuncu sessiyası XX əsr Azərbaycan xalçalarına həsr olunmuşdu.

   Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədovanın bu dövr xalçaçılıq sənətinin tendensiyalarından bəhs edən məruzəsində sovetləşmənin ilk illərində yaranmış tikmələr, ustaların heç bir dəqiq çeşniyə əsaslanmadan toxuduqları partiya sovet mövzusuna aid xalçalar da yada salındı. 40-50-ci illərdə Leninin, Stalinin yubileylərinə həsr edilmiş, ölçüsünə möhtəşəmliyinə görə bütün ittifaqda məşhurlaşmış xalçaların necə kimlər tərəfindən hasilə gəldiyi barədə ətraflı məlumat verildi.

   «Moskvadakı Şərq İncəsənəti Dövlət Muzeyində saxlanılan XX əsrin birinci yarısına aid ornamentlər vizual mövzulu xalçalar» mövzusunda çıxış edən həmin muzeyin əməkdaşı Mariya Filatovanın məruzəsi bir növ Xədicə Əsədovanın məruzəsinin məntiqi davamı idi.

   «Azərxalça» ASC-nin sədri Vidadi Muradov «Xalça toxuculuğunun müasir Azərbaycan modeli» məruzəsində bu gün ölkəmizdə xalçaçılığın inkişafına, bu sənətin bölgələrimizdə dirçəldilməsinə dövlət səviyyəsində qayğının göstərildiyindən danışdı.

   Latviyanın Qulbene şəhər Tarix İncəsənət Muzeyinin direktoru Valda Vorza «Latviyanın peşəkar toxuculuq sənətinin banisi Juliis Straumenin (1874-1970) - Qafqaz xalq yaradıcılığı bilicisi» barədə məlumat xarakterli məruzə etdi.

   Gürcüstan Dövlət Xalq Tətbiqi Sənətlər Muzeyinin direktoru İrina Koşoridze «Kustar emalatxana üzrə Qafqaz Komitəsinin regionda xalça toxuculuq ənənələrinin inkişafındakı rolu» haqqında məruzəsi tarixi fotoların nümayişi ilə diqqəti çəkdi. Bunu simpozium iştirakçılarının əllərindəki telefon fotoaparatlarla slaydlardan çəkiliş etməsindən görmək olardı.

   Sonuncu elmi sessiyanın moderatoru, İSAC layihə rəhbəri Əsli Səmədova yekun sözündə üç gün ərzində simpoziumun işində iştirak etmiş hər kəsə təşkilat komitəsi adından təşəkkürünü bildirdi.

   * * *

   Nəhayət, simpoziumda maraqlı diskussiyalarla yadda qalan seminarlardan sonuncu gerçəkləşdi. Xalçalar barədə söhbət” (Müasir incəsənətə dair seminar) tədbirin məntiqi sonluğu oldu.

   Mədəniyyət Turizm Nazirliyinin məsləhətçisi, İSAC layihə rəhbəri Əsli Səmədovanın kuratorluğu, "Xalça diplomatiyası" layihəsinin rəhbəri Kornelia Laufun moderatorluğu, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovanın, xalçaçı rəssamlarımızın, Budapeşt Moholi-Nand İncəsənət Dizayn Universitetinin magistri Janet Yohanna Şirmay London Sotbi İncəsənət İnstitutunun magistri Balin Ferenşinin iştirak etdiyi seminar ənənəvi xalçaların bu gün Avropada daha populyar olan kreativ tam fərqli forma dizaynına həsr olunmuşdu.

   Kornelia Lauf ən qəribə formalı, eksklüziv əl işi olan xalça məmulatlarına prodüserlik etməsindən onların hər bir müştərinin fərdi sifarişi əsasında yalnız bir nüsxə olaraq toxunmasından, interyerin ümumi dizayn xüsusiyyətləri nəzərə alınaraq hazırlanmasından söz açdı.

   Ənənəvi xalça ideyasından bəhrələnən rəssam Faiq Əhməd dünyada tanınır avanqard xalçaçı rəssam olaraq onun əsərlərinə maraq tələbat az deyil. Rəssamın xalçalarında əbədiyyət meyli, zaman üzərində qələbə motivləri güclüdür.

   Bütünay Haqverdiyev, Fərəc Yusupov digər gənc rəssamların milli xalça naxışlarına bürüdükləri interyer məişət əşyaları, eləcə xalça naxışlarının 3D proyeksiyası yaratmaları bu qədim sənətin XXI əsrdəki ömrünün yeni məna kəsb etməsi deməkdir.

   Gənc macar sənətçiləri isə ənənəvi tikmələrin naxışlarını nota çevirməklə onların musiqili səslənişinə nail olduqdan sonra bu eksperimenti Azərbaycan xalça naxışları ilə apararaq maraqlı nəticələr əldə etmişlər. Yeri gəlmişkən, gənc sənətçilərin ənənə ilə çağdaşlığı məharətlə qovuşdurduqları nümunələr hazırda Azərbaycan Xalça Muzeyində sərgilənir.

   Ənənələrə həsr edilmiş simpoziumdan müasir dövrün nəfəsi duyulmazsa, yorucu monoton tarixi ekskurs olar. xoş ki, bu simpozium öz adını tam doğrultdu son seminarı ilə adındakı kəlmələrin arasında bərabərlik işarəsi qoydu.

  

   Gülcahan

 

 Mədəniyyət.- 2017.- 25 oktyabr.- S.5.