Vyanada muğam və klassik musiqi konserti
Oktyabrın 21-də Vyanada “Salam, Orient”
(“Salam, Şərq”) festivalı
çərçivəsində “Muğam və klassik musiqinin görüşü” adlı
konsert təşkil edilib.
Vyanada fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət
Mərkəzinin dəstəyi
ilə gerçəkləşən
konsertdə əvvəlcə
Əməkdar artist Nuriyyə
Hüseynovanın rəhbərlik
etdiyi muğam ansamblı çıxış
edib.
Konsertin ikinci hissəsində isə gənc dirijor Mustafa Mehmandarovun bədii rəhbəri olduğu “Xəzər virtuozları” orkestri muğam ansamblı ilə birlikdə bəstəkarlar Üzeyir
Hacıbəyli, Fikrət
Əmirov, Aqşin Əlizadə və Vasif Adıgözəlovun
əsərlərini və
xalq mahnılarını
səsləndirib. Konsertin zirvə
nöqtəsini isə
“Qarabağ şikəstəsi”
zərbi muğamı
təşkil edib.
Festivalın həmtəşkilatçısı
və bədii rəhbəri Martina Raab Azərbaycandan dəvət
olunmuş muğam ansamblı və Vyanada təsis olunmuş klassik orkestrin birgə konserti, musiqi rəngarəngliyi ilə yanaşı, beynəlmiləl
xüsusiyyəti ilə
də diqqəti cəlb edən premyera kimi qiymətləndirib.
Mədəniyyət.- 2017.- 25
oktyabr.- S.6.