“Min möhtəşəm
günəş”
İrəvan
teatrı yeni mövsümü
premyera ilə açıb
Oktyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni mövsümünün açılışı olub. Yaradıcı heyət əfqan yazıçısı Xalid Hüseyninin romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Səhnə
əsərində rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Nigar Həsənzadə,
Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Rəşid
Səməndər, Əmrulla Nurullayev,
Niyaməddin Səfərəliyev, Natiq Həziyev,
Ceyhun Əliyev, Sevinc Hüseynova, Rövşən Cəfərov və
başqaları çıxış ediblər.
Mədəniyyət.- 2017.- 27
oktyabr.- S.2.