Qloballaşan dünyada musiqi ənənələri

 

 

   Bakıda beynəlxalq elmi konfrans keçirilir

  

   Oktyabrın 26-da Azərbaycan Milli Konservatoriyasında (AMK) “Qloballaşan dünyada musiqi ənənələrimövzusunda beynəlxalq elmi konfrans işə başladı.

   Milli Konservatoriya Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan konfrans tədris ocağının xor kollektivinin ifasında Üzeyir HacıbəylininŞəbi-hicrankompozisiyasının səslənməsi ilə açıq elan olundu.

   Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi konfrans iştirakçılarını salamlayaraq təhsil ocağının fəaliyyəti haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, Milli Konservatoriya ümummilli lider Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli fərmanı ilə yaradılıb. Təhsil müəssisəsinin tərkibində Bakı Musiqi Kolleci Respublika İncəsənət Gimnaziyası fəaliyyət göstərir. Professor-müəllim heyəti xalq çalğı alətləri üzrə peşəkar musiqiçilər, dirijor, xanəndə, tanınmış musiqişünas digər mütəxəssislərdən ibarətdir.

   Elmi tədbirin əhəmiyyətindən danışan rektor bildirdi ki, konfransda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Özbəkistan Qazaxıstandan olan etnomusiqişünaslar, musiqi tədrisi üzrə mütəxəssislər, beynəlxalq ekspertlər iştirak edir: “Belə elmi konfranslar ölkələr arasında mədəni yaxınlaşmaya töhfə verir. Tədbirdə səslənəcək fikirlər, aparılacaq müzakirələr musiqi sahəsində olan problemli maraqlı məqamlara diqqəti artıracaq. Musiqi sistemində dünyada baş verən yeniliklərə nəzər salınacaq bu kontekstdə Azərbaycan musiqisinin müasir inkişafı məsələlərinə diqqət çəkiləcək”.

   Sonra AMK-nın prorektoru, professor Lalə HüseynovanınAzərbaycan Milli Konservatoriyası ali musiqi təhsilinin müasir Şərq modeli kimimövzusunda məruzəsi dinlənildi.

   Konfrans AMK-nın Beynəlxalq əlaqələr departamentinin rəhbəri Cahangir Səlimxanovun moderatorluğu ilə plenar iclasla davam etdi. Professorlar Genichi Tsuge (Yaponiya) “Musiqi şifahi ənənə kimi”, Uğur Alpaqut (Türkiyə) “Türk musiqi mədəniyyətinin müasir dövrdə elmi tədqiqi”, Aleksandra Sultan Büssüldorf (ABŞ) “Qadın muğam ifaçıları - xanəndələrin ifasında uzunmüddətli orta spektrdən istifadə edilən bəm zilin akustik təhlilimövzularında məruzələrlə çıxış etdilər.

   Qloballaşan dünyada musiqi ənənələribeynəlxalq elmi konfransı oktyabrın 27-də başa çatacaq. Elmi tədbir çərçivəsində yerli xarici musiqiçilərin iştirakı ilə konsert proqramı təqdim olunacaq.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 27 oktyabr.- S.4.