“Zəng”in növbəti uğuru
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Türkiyənin Adana şəhərində IV Şəhər Teatrları Görüşündə iştirak edib. Festivalda “Zəng” monotamaşası təqdim olunub.
Səhnə əsərinin ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun təqdim etdiyi tamaşa böyük rəğbətlə qarşılanıb.
Hər
hansı nominasiyanın olmadığı tədbirdə iştiraka görə təşəkkür diplomuna layiq görülən
yaradıcı heyət növbəti festivala,
eləcə də qardaş ölkənin
paytaxtında reallaşacaq digər beynəlxalq
teatr festivalında iştirak
hüququ qazanıb.
Mədəniyyət.- 2017.- 27
oktyabr.- S.5.