“Dünya, səndən
kimlər keçdi”
Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət mərkəzində Xalq artisti Sona Hacıyevanın 110 illiyinə həsr olunmuş “Dünya, səndən kimlər keçdi” mövzusunda xatirə axşamı keçirilib.
Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova unudulmaz aktrisanın həyat və sənət yolu barədə ətraflı söz açıblar. S.Hacıyevanın yaradıcılığına həsr olunmuş “Bir nəslin hekayəsi” adlı sənədli film nümayiş olunub, həzin musiqilər səslənib.
Sonda S.Hacıyevanın qohumu Vaqif Əhmədov xatirə axşamının təşkilində zəhməti keçən hər kəsə minnətdarlığını bildirib.
Mədəniyyət
mərkəzinin foyesində Sona
Hacıyevanın oynadığı rolları əks etdirən
fotoşəkillərdən ibarət stend
nümayiş olunub.
Mədəniyyət.- 2017.- 27
oktyabr.- S.7.