“Mənim tanrım gözəllikdir, sevgidir”
Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsində və N.Nərimanov kitabxana filialında şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunmuş tədbirlər keçirilib.
Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva, kitabxana filialının müdiri Siddiqə Qələndərova, 2 saylı Folklor evinin metodisti Nəzakət Piriyeva, kitabxanaçı Cahan Qasımova və başqaları Hüseyn Cavidin həyat və yaradıcılığından danışıblar.
Şairin
şeirlərindən parçalar səslənib.
Hüseyn Cavid irsindən
bəhs edən “Mənim tanrım gözəllikdir, sevgidir” adlı sərgi nümayiş
olunub.
Mədəniyyət.- 2017.- 27
oktyabr.- S.7.