İslam həmrəyliyi və etiqad turizmi
Konfransda halal turizmin xüsusiyyətlərindən bəhs
olunub
Oktyabrın
25-də Azərbaycan Turizm
və Menecment Universitetində (ATMU) “İslam
həmrəyliyi ili” çərçivəsində “İslam həmrəyliyi və etiqad turizmi potensialı” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov Prezident İlham Əliyevin 2017-ci ilin ölkəmizdə “İslam
həmrəyliyi ili” elan olunması ilə bağlı sərəncamının böyük
ictimai-siyasi, beynəlxalq
və ideoloji əhəmiyyəti olduğunu
söylədi. Qeyd etdi
ki, “İslam həmrəyliyi ili” çərçivəsində ölkəmizdə müxtəlif
tədbirlər keçirilir.
Rektor bildirdi ki, elmi-praktik konfransın təşkilində məqsəd
halal turizmin inkişaf perspektivlərinin
elmi əsaslara nəzərən isbatlanmasıdır.
Diqqətə çatdırdı ki, halal turizmin yaradılması turizm sektorunda səmərəli
addım kimi dəyərləndirilir: “Mövcud
xidmət mədəniyyətinin
daha da təkmilləşdirilməsi
turizm sənayeçiləri
ordusunu işgüzar fəaliyyətə istiqamətləndirir.
Ölkəmizdə multikultural dəyərləri
özündə ehtiva
edən halal turizm modelinin yaradılması turizmin inkişafında yeni səhifə açmağa
hesablanıb. Son zamanlar müsəlman ölkələrindən Azərbaycana
çoxsaylı turist
axınını nəzərə
alsaq, beynəlxalq təcrübəyə əsaslanmaqla
halal turizm modelinin səmərəli
tətbiqində maraqlı
olmalıyıq”.
Konfransda “Halal turizm və
inkişaf perspektivləri”,
“Azərbaycanda dini turizm abidələri”, “Gəncə-Qazax iqtisadi-coğrafi
rayonunun timsalında dini abidələr mədəni və tarixi turizm məhsulu
kimi”, “Azərbaycanda inanc turizminin maarifləndirici ekskursiya istiqamətinin inkişaf perspektivləri” və digər mövzularda məruzələr dinlənildi.
F.Hüseynov
Mədəniyyət.- 2017.- 27
oktyabr.- S.9.