Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri Almaniyaya səfər ediblər

 

 

   Azərbaycan Turizm Assosiasiyasının (AZTA) nümayəndələri Almaniyanın Leypsiq şəhərində “Menecer Təlim Proqramı” çərçivəsində biznes görüşdə iştirak ediblər.

   Tədbir Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyi, Azərbaycan İqtisadiyyat NazirliyiAlmaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə keçirilib. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən şirkətlərin təmsilçiləri ilə Leypsiq Sənaye və Ticarət Palatasının 20-dən artıq rəhbər heyəti və üzvləri də görüşdə təmsil olunub.

   Ölkəmizdən tədbirə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "Təmiz şəhər”, "AzMirvari”, "Azərsun Holdinq”, "Azinka HR&CC”, "Millennium Tourism”, "Az granata”, "Akkord” və s. ümumilikdə 16 şirkətin nümayəndəsi qatılıb.

   Görüşdə nümayəndə heyəti ölkənin iqtisadi-mədəni potensialını əks etdirən mükəmməl təqdimatla və iştirakçı şirkətlərin fəaliyyətini əks etdirən məlumatlarla çıxış edib.

   Sonra “Azerbaijan - Land of Fire” videoçarxı nümayiş olunub. Xatırladaq ki, Almaniyanın İqtisadi Əlaqələr Energetika üzrə Federal Nazirliyinin Azərbaycanla birgə həyata keçirdiyiMenecer Təlim Proqramıiki ölkənin biznes əlaqələrinin inkişaf etdirilməsinə xidmət edir.

 

Mədəniyyət.- 2017.- 27 oktyabr.- S.9.