Leyli MəcnunAmerika səhnəsində

 

 

 

   “The New York Times” qəzetində Şərqin ilk operası haqqında məqalə dərc edilib

  

   Oktyabrın 26-dan 29-dək Nyu-Yorkdakı Linkoln MərkəzindəLeyli Məcnunoperası göstəriləcək. Bununla əlaqədar “The New York Times” qəzetində opera haqqında məqalə dərc edilib.

   Amerikalı tamaşaçılara yeni interpretasiyada təqdim olunacaq tamaşada məşhur xoreoqraf Mark Morrisin rəqs qrupu iştirak edəcək. Əsas partiyaları Azərbaycanın Xalq artisti Alim Qasımov Əməkdar artist Fərqanə Qasımova ifa edəcəklər. Məqalədə qeyd edilir ki, XX əsrin əvvəlində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yazdığı bu operanın mövzusu Qərbdə “Romeo Cülyettaməşhur olduğu kimi Şərqdə eyni dərəcədə geniş yayılmış bir sevgi dastanı barədədir. Şekspirin faciəsində olduğu kimi, bu əsərdə iki gəncin vaxtsız ölümü ilə nəticələnmiş nakam sevgisindən bəhs olunur.

   Morrisin sözlərinə görə, “Leyli Məcnunəhvalatı sadəcə sevgi barədə deyil, insanın ölümündən sonra da davam edən mənəvi münasibətlər barədədir. Leyli Məcnundastanı əsrlər boyu saysız-hesabsız incəsənət əsərlərinin mövzusu olub. Dahi Azərbaycan şairləri Nizami Gəncəvi (XII əsr) Məhəmməd Füzulinin (XVI əsr) eyniadlı poemaları, sonrakı dövrdə çoxsaylı rəsm əsərləri, kinofilmlər, mahnılar, balet əsərləri hətta Erik Kleptonun məşhurLeylamahnısı da bu mövzuya həsr edilib.

   Məqalədə daha sonra qeyd edilir ki, Üzeyir Hacıbəylinin bu operası Yaxın Şərqdə ilk opera hesab edilir.Leyli Məcnunəsərininİpək Yoluansamblı üçün adaptasiyasında iştirak etmiş azərbaycanlı musiqişünas Aida Hüseynova deyir: “Hacıbəylinin bu meqalayihəsi öz millətinin irsini qoruyub saxlamaqla onu dünyaya inteqrasiya etmək üçün nəzərdə tutulub”.

   Məqalədə bildirilir ki, strukturlaşdırılmış improvizə ornamentasiya parçaları ilə səciyyəvi olan bu kompozisiya adi opera elementləri ilə muğamın çox orijinal hibrididir. Tamaşada rəqslərin ifaçıları Azərbaycan bayrağının rənglərinə uyğun geyimlərdə çıxış edirlər.

   Mark Morris ilk dəfə on il əvvəl Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı, Alim Qasımov və Fərqanə Qasımova ilə birlikdə çıxış edib və elə həmin vaxtdanLeyli və Məcnun” operası ilə maraqlanıb.

 

Mədəniyyət.- 2017.- 27 oktyabr.- S.10.