Qafqazda xalq mədəniyyəti”

 

 

 

   Qarsda beynəlxalq konfrans keçirilib

  

   Türkiyənin Qars şəhərində “Qafqazda xalq mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib. Konfrans bu il 25 illiyini qeyd edən Qars Qafqaz Universitetinin Aşıq Ədəbiyyatı və Sənəti Araşdırma Mərkəzi tərəfindən təşkil olunub. Mərkəzə azərbaycanlı alim, professor Rafiq İmrani rəhbərlik edir. Tədbirdə Türkiyə, Azərbaycan, Gürcüstan, İran, İraq, Fransa, Rusiya, Qazaxıstan, Ukrayna və Özbəkistandan alimlər iştirak edib.

   Konfransda AMEA Folklor İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslının “Qarabağda toy adətləri”, filologiya üzrə fəlsəfə doktoru Tacir Qurbanovun “Apardı sellər Saranı” xalq mahnısı və “Xan Çoban” dastanı” adlı məruzələri maraqla qarşılanıb.

   Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, AMEA Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa, Dilçilik İnstitutunun əməkdaşı Qətibə Vaqifqızı, Bakı Dövlət Universitetinin dosentləri Etibar Talıblı, Leyla Gərayzadə və başqaları iştirak ediblər.

   Tədbirin bədii hissəsində Ankara Dövlət Türk Xalq Musiqi Xoru, İranın “Dalğaqrupu və Gürcüstanın “Axısxa” rəqs qrupu çıxış edib.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 27 oktyabr.- S.15.