Bir gəncin manifesti” romanı Türkiyədə çapdan çıxıb

 

 

 

   Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində seçmə ədəbiyyat nümunələrimizin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

   İcrasına ötən il başlanılan layihənin məqsədi kitablarımızın tanıdılması və dünyəviləşdirilməsidir.

   Bu günlərdə layihə üzrə görkəmli yazıçı, dramatur Mir Cəlal Paşayevin məşhur “Bir gəncin manifesti” romanı Türkiyənin “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çapdan çıxıb. Əsəri türkcəyə Azərbaycan əsilli, şair-yazıçı Yurtseven Şen uyğunlaşdırıb.

   Qeyd edək ki, bu günədək layihə əsasında Yusif Vəzir Çəmənzəminlinin “Qan içində. İki od arasında”, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” və Yusif Səmədoğlunun “Qətl günü” əsərləri türkiyəli kitabsevərlərə təqdim olunub.

 

Mədəniyyət.- 2017.- 1 sentyabr.- S.2.