“Retro Bakı”
layihəsindən bayram
töhfəsi
Bakı Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin
təşkili və yaradıcı gənclərlə
iş üzrə mərkəzin təşkilatçılığı
ilə keçirilən
“Retro Bakı” layihəsi
davam edir.
Layihənin növbəti konsertləri
sentyabrın 1-də və
2-də saat 19:00-da paytaxtın
Fəvvarələr meydanında
keçiriləcək.
Baş idarədən bildirilib
ki, Qurban bayramı ərəfəsində
təşkil olunacaq konsertlərdə tanınmış
müğənnilər - Xalq
artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Ədalət
Şükürov zəngin
proqramla çıxış
edəcək. Bakı sakinləri
və qonaqlarını
maraqlı konsert və rəngarəng rəqslər gözləyir.
Qeyd edək
ki, “Retro Bakı” layihəsi
çərçivəsində konsertlər hər həftənin
cümə və şənbə günləri davam edir. Layihənin yekun konserti sentyabrın
15-nə nəzərdə tutulub.
Mədəniyyət.- 2017.- 1
sentyabr.- S.4.