Soydaşlarımız Özbəkistanın
Müstəqillik günü ilə
bağlı şənlikdə iştirak
ediblər
Daşkənddəki Dostluq parkında bu ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri Özbəkistanın dövlət müstəqilliyinin 26-cı ildönümü (1 sentyabr 1991) ilə bağlı bayram şənliyi keçiriblər. Tədbirdə Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMM) də iştirak edib.
Azərbaycan guşəsində ölkəmizin tarixi və mədəniyyəti, müasir inkişafı haqqında kitablar, suvenirlər nümayiş etdirilib.
Konsert proqramında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
RAMM-in
icraçı direktoru Firdovsi
Hüseynov bildirib ki, Özbəkistanda 60 minə yaxın azərbaycanlı
yaşayır. Onlar müxtəlif sahələrdə
çalışır və Özbəkistan Müstəqillik
günü onların da
sevimli bayramlarından biridir.
Mədəniyyət.- 2017.- 6
sentyabr.- S.14.