Qoy həmişə sülh olsun

 

 

 

   Sentyabrın 7-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Suraxanı rayon MKS-nin Mərkəzi kitabxanası 1 nömrəli filialı ilə birgə Beynəlxalq sülh gününə həsr olunmuşQoy həmişə sülh olsun” adlı rəsm müsabiqəsi keçirib.

   Uşaqların sülh düşüncələrini əks etdirdiyi rəsmlərdə onların arzuları və istəkləri oxucular tərəfindən maraqla qarşılanıb.

   Mərkəzi kitabxananın fəal oxucusu Ülkər Mirzəyeva birinci yerə layiq görülərək diplomla təltif edilib. Digər iştirakçılara hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2017.- 8 sentyabr.- S.5.