Azərbaycanın turizm imkanları ekran əsərlərində

 

 

 

   Ölkəmizin təbii gözəllikləri, görməli yerləri və tarixi-mədəni irsindən bəhs edən onlarla film lentə alınıb

  

   Ekran sənəti informasiya, maarifçilik və əyləncə, düşündürmək funksiyasını yerinə yetirir. İncəsənətin bu sahəsi həm də güclü təbliğat vasitəsi hesab olunur.

   Bu gün Azərbaycanın turizm sənayesi inkişaf dövrünü yaşayır. Dünyanın nüfuzlu telekanallarında (“Euronews”, “National Geographic”, “World Travel Channel” və s.) ölkəmizin turizm imkanları haqqında verilişlər, reklam çarxları nümayiş olunur, tanınmış jurnal və qəzetlərdə Azərbaycan, paytaxt Bakı haqqında məqalələr dərc edilir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə son illər müxtəlif dillərdə ölkəmizin turizm imkanlarını əks etdirən reklam-çap məhsulları hazırlanaraq beynəlxalq sərgilərdə, digər tanıtım tədbirlərində yayılıb.

   Turizm imkanlarımızın tanıdılmasında filmlərin də rolu az deyil. Zəngin tarixi irsi, mədəniyyəti, mətbəxi, əhalisinin qonaqpərvərliyi ilə seçilən Azərbaycandakı turistik zənginliyin ekranda yer alması və nümayişi isə kino sənayesində çalışan insanların bacarığından çox asılıdır. Turizm əhəmiyyətli filmlərimizin festivallarda nümayişi həm də əcnəbilərin ölkəmizlə tanışlığı deməkdir. Bu mənada filmlərin festivallarda mütəmadi olaraq iştirakı və nümayişi ölkə turizminin inkişafı üçün əhəmiyyət kəsb edir.

   Gələn il 120 yaşı tamam olacaq Azərbaycan kinosunun tarixinə nəzər salanda bu salnamənin ilk nümunələrində tanıtım xarakterli sənədli xronikaları görə bilərik. "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" kimi kinolentlər həm də ölkəmizin ekranda tanıdılması idi.

  

   Turizm filmləri festivalının təbliğat imkanları

  

   Kino vasitəsilə turistik imkanların təbliğ olunmasında artıq dünyada geniş təşəkkül tapan turizm filmləri festivallarının əhəmiyyəti böyükdür. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu ilin 11-14 oktyabr tarixində 4-cü dəfə keçiriləcək Bakı Beynəlxalq Turizm Filmləri Festivalının da məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.

   Ötən müddətdə azərbaycanlı rejissorların turizm mövzusunda lentə aldıqları ekran əsərləri beynəlxalq turizm filmləri festivallarında dəfələrlə mükafatlara layiq görülüb. 2014-cü ildə “Tourfilm - Riqa 2015” turizm filmləri festivalında rejissorlar Tofiq Şahverdiyevin “Lahıc”, Adil Azayın “Vulkanın səsi” filmləri ölkəmizi uğurla təmsil edib. Həmin il rejissor Mariya İbrahimovanın “Azərbaycan: Şərqin Avropa cazibəsi” adlı ekran əsəri Serbiyanın Veliko Qradişte şəhərində keçirilən Silafest - VI Beynəlxalq TurizmEkologiya Filmləri Festivalında “Ən yaxşı turizm filmi” mükafatına layiq görülüb. Qeyd edək ki, bu film həm də II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının milli mükafatını qazanıb.

   Rüfət Kərimzadənin tolerantlığın Azərbaycanda həyat tərzi olması, milli ruh və ənənəvi mətbəxin əksini tapdığı ekran əsəri - “Yurdumfilmi bir sıra festivallarda ölkəmizi təmsil edib. İqbal Məmmədəliyevin "Qədim Azərbaycanın abidələri" filmi 2006-cı ildə Qazaxıstanın Aktau şəhərində keçirilən festivalda və Rumıniyada keçirilən "Eko-Etno-Folk" festivalının "Etno folk turizm" bölməsində diplom qazanıb.

  

   Təbii gözəllikləri ekrana daşıyan layihələr

  

   2015-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə qurumun “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində rejissor İqor Bışnyov tərəfindən silsilə filmlər lentə alınıb. Filmlər əsrarəngiz təbiətimizlə yanaşı, Azərbaycanın çoxəsrlik mədəniyyəti və arxeologiyasına həsr olunub. Layihənin məqsədi Azərbaycanın təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

   Turizm sahəsinə töhfə verəcək layihələrdən biri də 2015-ci ildə reallaşanDünya sübhdən günbatanadək” layihəsi çərçivəsində hazırlanmış “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filmləri oldu. “Dünya sübhdən günbatanadək” polşalı kinematoqrafçılar Miroslav DembinskiMaçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir. Layihənin tərəfdaşları Polşanın Adam Mitskeviç İnstitutu, Polşa Kino İnstitutu, Polşa Milli Televiziyası və digər qurumlardır. Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyası idi. Kino-təhsil layihəsində ustad dərsləri zamanı birgə filmlər istehsal edilirbu filmlərdə rejissorların yaşadığı şəhərin sənədli kino portreti yaradılır. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli ekran işləri ərsəyə gətirilir və dünyanın müxtəlif şəhərlərində nümayiş olunur.

   Sənədli filmlər rejissoru Maçyej Driqasın və operator Andjey Musialın fikrincə, reklam filmləri üçün vacib şərtlərdən biri sabit hava şəraitinin olmasıdır. Məhz buna görə də reklamların çoxu Cənubi Afrikada çəkilir: “Amma Bakı da sabitçox gözəl hava şəraitinə malik şəhərdir. Nəyə görə Azərbaycan bu sahədən gəlir əldə etməsin, reklam filmi üzrə prodüserlər ölkəyə cəlb edilməsin”.

  

   Qafqaza qayıdış”

  

   2013-cü ildə lentə alınan “Qafqaza qayıdış” filmi tarixi faktlar əsasında hazırlanan və Azərbaycanın hələ ötən əsrdə belə səyahətçiləri cəlb edən ölkə olmasını sübut edən maraqlı ekran əsərlərindəndir. Film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, “ARTE-France” şirkətinin sifarişi ilə «Yaddaş» sənədli filmlər studiyası və “B-Tween” (Fransa) kino şirkəti tərəfindən çəkilib. Ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Diviler, Lesli Qranberq, rejissorları Stefan BerqunyuJan-Pyer Divilerdir. Filmdə baş rolu dünya şöhrətli fransız aktyoru Jerar Depardye canlandırır.

   Film tarixi bir fakt əsasında ərsəyə gəlib. Belə ki, 1858-ci ildə məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaza səfəri zamanı Azərbaycanı ziyarət edib. Azərbaycana üçaylıq səyahətin nəticəsi DümanınQafqaza səyahətadlı yol qeydlərinin yaranmasına vəsilə olub. 150 ildən sonra J.Depardye bu illər ərzində Azərbaycanda həyatın necə dəyişdiyini görmək öz həmyerlisinin təəssüratı ilə müqayisə etmək üçün A.Dümanın marşrutu ilə gəzmək qərarına gəlib. Qafqaza qayıdışfilmi iştirak etdiyi turizm filmləri festivallarında münsiflər heyətinin xüsusi mükafatlarına layiq görülüb. Film fransız telekanalları ilə yanaşı, bir çox xarici ölkə telekanallarda da yayımlanıb.

   * * *

   İstər sovet dövründə, istərsə müstəqillik illərində ölkəmizin təbii gözəllikləri, görməli yerləri tarixi-mədəni irs nümunələrindən bəhs edən onlarla sənədli film lentə alınıb. Bu sırada son dövrlərin ekran əsərlərindənLahıc” (rejissor Mehriban Ələkbərzadə), “Azərbaycan turizmi, dünən, bu gün, sabah” (Qurban Səlimov), “Miras” (Fariz Əhmədov), “Abşeron gizlinləri” (Ömür Nağıyev), “Xaraba Gilan” (Tahir Əliyev), “Basqal” (Elçin Musaoğlu), “Əshabi-kəhf” (Nazim Abbas), “Tanrıya tapınan Kiş”, “Küsnət” (Əli İsa Cabbarov) s. filmləri nümunə göstərmək olar.

   Bununla yanaşı, “Salnaməkinostudiyasında lentə alınanAzərbaycanı kəşf et”, “Azərbaycan xalçası”, “İz...Qala”, “Azərbaycan milli mətbəxi s. filmlər maraqlı ekran örnəkləridir. 2009-cu ildə rejissor Şamil Əliyevin çəkdiyiAzərbaycan xalçasısənədli filmi Kann kinofestivalının qısametrajlı filmlər bölümündə yer alıb. Bu, Azərbaycan kino tarixində Kann festivalında iştirak edən ilk sənədli-etnoqrafik film idi. Filmdə Azərbaycan xalçalarının digər xalqların xalçalarından fərqi, tarixi kökləri araşdırılıb.

   * * *

   Azərbaycan bədii filmləri arasında sırf turizm mövzusu ətrafında birləşən lentlər olmasa da, özündə təbiət təsvirlərini əks etdirən bəzi kadrlar əcnəbilərin diqqətini cəlb edə bilər. Bu mənadaQızmar günəş altında”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Həm ziyarət, həm ticarət başqa bədii filmlərimiz vətənimizin təbiət gözəlliklərinin təsviri baxımından əhəmiyyətli ekran əsərləridir.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 8 sentyabr.- S.9.