“Etnik musiqi
inciləri”
Muğam Mərkəzində Moldova
və Azərbaycan musiqiləri səslənəcək
Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdə “Etnik musiqi inciləri” adlı beynəlxalq layihə ilə tamaşaçıların görüşünə gələcək. Bu silsilədən ilk olaraq sentyabrın 13-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Azərbaycan və Moldova etnik musiqiləri səslənəcək.
Moldovanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək konsert iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunacaq.
Konsertdə Moldovanın Xalq artisti Kanstantin Moskoviç çıxış
edəcək. Moldova xalq
çalğı aləti
olan naedə (Pan Fllute) ifa edən
sənətkar öz ölkəsinə məxsus
mahnılarla yanaşı,
Azərbaycan musiqilərindən
nümunələr də
səsləndirəcək. Digər moldovalı musiqiçilər - Dumitru
Dubajiu, Vladimir Andrianom,
Valentina Nejel və Radu Talambuta
da konsertdə iştirak edəcəklər.
Gecədə, həmçinin
Azərbaycanın Əməkdar artisti Şirzad Fətəliyev balabanda
Moldova və Azərbaycan musiqiləri səsləndirəcək.
Mədəniyyət.- 2017.- 13 sentyabr.-
S.3.