TÜRKSOY-un 20-ci “Opera günləri”
Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən
olan “Opera günləri”
sentyabrın 11-də İstanbulda
başlayıb. Sayca
20-ci “Opera günləri”nin
açılış konserti
Taksimdəki məşhur
“Grant Pera” sarayında
keçirilib.
Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Şimali Kiprdən olan sənətçilər maraqlı ifaları ilə operasevərlərin görüşünə gəliblər. TÜRKSOY-un opera ulduzlarını Qazaxıstan və Qırğızıstan pianoçuları müşayiət edir.
Opera artistlərinin növbəti qastrol səfəri Şimali Kiprə nəzərdə tutulub. 13 sentyabrda Girnə şəhərindəki tarixi Bellapais monastırında konsert proqramı təqdim olunacaq.
Mədəniyyət.- 2017.- 13 sentyabr.- S.3.