“Arşın
mal alan” Serbiya paytaxtında nümayiş olunub
Sentyabrın
18-də Üzeyir Hacıbəylinin
doğum günü münasibətilə Belqrad
Etnoqrafiya Muzeyinin kino zalında 1945-ci ildə çəkilmiş
“Arşın mal alan” filminin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş rəngli versiyası nümayiş olunub.
Filmin nümayişi Azərbaycanın
Serbiyadakı səfirliyi
və Mədəniyyət
mərkəzinin təşəbbüsü
və dəstəyi ilə reallaşdırılıb.
Mədəniyyət
mərkəzinin direktoru, professor
Zərifə Əlizadə izləyicilərə Üzeyir Hacıbəylinin
yaradıcılığı haqqında məlumat verib, dahi bəstəkarın
müsəlman Şərqində ilk
operanın müəllifi, eləcə də Azərbaycan
dövlət himninin müəllifi olduğunu vurğulayıb. Bildirilib ki, bəstəkarın
doğum günü
Azərbaycanda Milli musiqi
günü kimi qeyd olunur.
Mədəniyyət.- 2017.- 20 sentyabr.-
S.2.