Festivalın konsert proqramları davam edir

 

 

 

   Heydər Əliyev Fondu Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı davam edir.

   Festival çərçivəsində sentyabrın 19-da Beynəlxalq Muğam Mərkəzindəİki qəlbin dastanıadlı kamera musiqisi gecəsi keçirilib.

   Aleksey Miltıx (cello) Səidə Tağızadənin (piano) çıxış etdiyi gecədə Fikrət Əmirovun “2 pyes”, Fərhad BədəlbəylininŞuşa”, Dmitri ŞostakoviçinViolonçel fortepiano üçün sonata”, Jül MassneninDüşüncə”, Yulius KlengelinSkertso”, Sergey RaxmaninovunVokalizəsərləri səsləndirilib.

   Konsert proqramı klassik musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

   * * *

   Festival çərçivəsində daha bir konsert proqramı Kamera Orqan Musiqisi Zalında gerçəkləşib. “D`ACCORDO” ansamblının təqdim etdiyiBarokko Renessansadlı konsertin solistləri Fəridə Məmmədova (soprano), Səbinə Əsədova (mezzo-soprano) bədii rəhbəri İlahə Sadıqzadə (piano) idi.

   * * *

   Azərbaycan Dövlət Filarmoniyasında isə Novosibirsk Filarmonik Kamera Orkestri (dirijor - Əməkdar artist Əyyub Quliyev, solistlər - Rusiyanın Əməkdar artisti Yuliya Rubina (violin) və Riyad Məmmədov (piano) çıxış edib.

   Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı sentyabrın 18-dən 26-dək davam edəcək.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 20 sentyabr.- S.2.