Üzeyir bəyin səhnə əsərlərinin coğrafiyası

 

 

 

   Musiqi festivalı çərçivəsində elmi konfrans keçirildi

  

   Sentyabrın 19-da Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqındaMüasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyasımövzusunda elmi konfrans keçirildi.   

   Konfransda ittifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək dahi bəstəkarın həyat yaradıcılığından, milli musiqimizin inkişafında xidmətlərindən söz açdı. Bildirdi ki, Üzeyir bəyin yaradıcılığı tükənməz bir xəzinədir. Onun əsərlərinin coğrafiyası gündən-günə genişlənir, yeni tədqiqat işləri aparılır bu hər zaman aktual olaraq qalacaq.

   Qeyd olundu ki, görkəmli bəstəkarın əsərləri hər zaman dünya xalqlarının da diqqət mərkəzində olub. Hələ sovet dövründə dünyanın 136 ölkəsində nümayiş olunan, 75 dilə tərcümə edilmişArşın mal alankinokomediyası bu gün tamaşaçılar tərəfindən maraqla izlənilir: “Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma janrları ilə zənginləşdirib, Azərbaycan ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib”.

   Vurğulandı ki, Ü.Hacıbəyli həm böyük musiqişünas alim idi. O, müasir Azərbaycan musiqişünaslığının əsasını qoyub, musiqiyə dair tədqiqatlar aparıb, çoxlu məqalələr yazıb.

   Konfrans dahi bəstəkarın irsinə dair elmi məruzələrlə davam etdi. Əməkdar incəsənət xadimləri - Həcər BabayevaLeyli Məcnunoperası Bilkənd səhnəsində”, Hafiz QuliyevArşın mal alanoperettası xarici teatrların səhnəsində”, professor Cəmilə HəsənovaƏsli Kərəmoperasının səhnə taleyi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə QulamovaKoroğluoperasının TÜRKSOY xətti ilə səhnəyə qoyulması”, dosent Güllü İsmayılovaArşın mal alanfilmi: yaranma tarixi ekran həyatı”, Əməkdar incəsənət xadimi Nərgiz ŞəfiyevaÜzeyir HacıbəylininArşın mal alanoperettasının Vyana Musiqili Teatrında tamaşasına daha bir nəzər”, professor Könül NəsirovaLeyli Məcnunoperasının Amerika səhnəsində balet təcəssümümövzularında məruzə etdilər.

   Bildirildi ki, hazırda Belarus Çin səhnəsində oynanılanArşın mal alandünya tamaşaçıları üçün tələb olunan əsərlərdən biridir. Bu əsəri çinlilər hələ 1959-cu ildə səhnələşdiriblər. Həmin aktyorlardan tamaşaçılardan bu gün sağ olanlar əsəri sevdiklərini dönə-dönə dilə gətirirlər. Bu, Üzeyir dühasının ölməzliyi, möhtəşəmliyidir.

   Diqqətə çatdırıldı ki, bəstəkarArşın mal alan”ı 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında oxuyarkən yazıb. O, operettanı tamamladıqdan sonra ilk dəfə konservatoriyanın direktoru, görkəmli rus bəstəkarı A.Qlazunova göstərib. Qlazunov əsəri çox bəyənib. Bundan sonra Üzeyir bəy əsərin partiturasını librettosunu Bakıya, dostlarına göndərib. Ötən müddətdəArşın mal alandünyanın üç qitəsini dolaşıb. “Arşın mal alankinokomediyası (1945) Azərbaycanla yanaşı, sovet kinosuna da dünya şöhrəti qazandırıb. Xarici filmlər arasından seçilən “100 sevimli film” içərisindəqızıl siyahı”ya daxil edilib.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 20 sentyabr.- S.4.