MövsümMərasim”lə başlayıb, qastrolla davam edir

 

 

   Sentyabrın 16-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı rumın mənşəli fransız dramaturqu Ejen İoneskonun «Kral ölür» pyesi əsasında hazırlanmış «Mərasim» tamaşası ilə 97-ci mövsümü açdı.

   Afişada Xalq artisti Fəxrəddin Manafovun, Əməkdar artist Mehriban Zəkinin adlarının yazılması kifayət edirdi ki, teatrın daimi izləyiciləri, paytaxt sənətsevərləri bu tamaşaya daha çox maraq göstərsinlər. Xatırladaq ki, «Mərasim»in quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan soydaşımız Ərşad Ələkbərovdur. Bu, gənc rejissorun Akademik Milli Dram Teatrında tamaşaya qoyduğu «Müsyö İbrahim Quran çiçəyi» əsərindən sonra Azərbaycanda səhnələşdirdiyi ikinci əsərdir.

   Tamaşadan əvvəl jurnalistlərin suallarına cavab verən rejissor söylədi ki, hələ universitetdə təhsil alarkən bu əsər barədə düşünürmüş. Nəhayət ki, arzusunu Bakıda gerçəkləşdirə bilib: «Fəxrəddin ManafovŞekspirpyesində oynamaq arzusunda idi. Amma Ejen İoneskonu seçəndə başa düşdük ki, bu absurd əsərdə həm Şekspirin ruhu var, həm Çexovun».

   Tamaşada hadisələr süfrə arxasında baş verdiyindən, teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovskinin səhnəyə qoyulmuş örtüklü masanın qarşısına çıxaraq hər kəsi salamlaması bayram ovqatını tamamladı:

   - Bizim teatr yaradılan zaman Bakı İşçi Teatrı adlanıb. O gündən indiyədək biz öz ilk adımızı doğrulduruq. Yorulmadan çalışırıq. 2017-ci ilin sonunadək cavan rejissorlara, eksperimental tamaşalara yol veririk. Bu gün Ərşad Ələkbərov tamaşa təqdim edir. Oktyabr ayında isə Rusiya Mədəniyyət Nazirliyinin nəzdindəki Dövlət Teatr Agentliyi ilə birlikdə moskvalı rejissor Vladimir Smirnov «Peterburqlu sələmçi», noyabrda Emin Mirabdullayev Natiq Rəsulzadənin «Mömə» pyesini təhvil verəcək. Teatrda belə gərgin rejimində çalışmağımıza baxmayaraq, oktyabr ayında Rusiyaya böyük qastrolumuz var. Pskov, Smolensk, Velikiye Luki şəhərlərində Mirzə Fətəli Axundzadənin «Müsyö Jordan dərviş Məstəli şah», Pyotr Qladilinin «Afina axşamları» komediyaları ilə çıxış edəcəyik. Teatr mövsümünün sonunadək daha bir neçə tamaşamız olacaq. Bu gün isə mövsümü «Mərasim»lə başlayırıq.

   Həyatın sonu ölüm öncəsi düşüncə sarsıntıları insanın necə qarşılamasından bəhs edən «Mərasim» tamaşasında digər rollarda aktyorlar Həcər Ağayeva, Oleq Əmirbəyov, Mariya Dubovitskaya Natiq Hüseynov çıxış edirlər. Tamaşanı əvvəldən sonadək müşayiət edən canlı orkestrin üzvləri kütləvi səhnə iştirakçıları isə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbələri idi.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 20 sentyabr.- S.9.