“Sevgili
canan” adlı konsert proqramı təqdim olundu
Heydər Əliyev Fondu
və Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
Üzeyir Hacıbəyli
IX Beynəlxalq Musiqi Festivalının konsert proqramları davam edir.
Sentyabrın
21-də Beynəlxalq Muğam
Mərkəzində “Mədəniyyət”
kanalı ilə birgə “Sevgili canan” adlı layihə çərçivəsində
Azərbaycanın gənc
bəstəkarlarının yeni romansları təqdim olundu.
Tədbirdə
çıxış edən
musiqişünas, professor
Ceyran Mahmudova romans janrının yaranma tarixindən danışdı. Bildirdi ki,
Avropada yaranan bu janrın Azərbaycanda əsasını
Asəf Zeynallı qoyub. Azərbaycan musiqisində bu
janrın inkişafı
həm də Üzeyir Hacıbəylinin
adı ilə bağlıdır. Musiqişünas müasir dövrdə gənclərin romans janrında əsərlər
yazmasının təqdirəlayiq
hal olduğunu vurğuladı.
Gecədə Üzeyir Hacıbəylinin
"Sənsiz", Tofiq
Quliyevin "Bəxtəvər
oldum", Fikrət Əmirovun "Gülərəm
gülsən", eləcə
də gənc bəstəkarlarımızın romansları səsləndirildi.
Qeyd edək ki, Üzeyir Hacıbəyli IX
Beynəlxalq Musiqi Festivalı sentyabrın
26-dək davam edəcək.
Fariz
Mədəniyyət.- 2017.- 22
sentyabr.- S.2.