Maestronun ev-muzeyində kamera musiqisi axşamı
Sentyabrın 21-də Üzeyir Hacıbəyli IX Beynəlxalq
Musiqi Festivalı çərçivəsində Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində
kamera musiqisi konserti olub.
Konsertdə Əməkdar artist, violonçel ifaçısı
Aleksey Miltıx və
beynəlxalq müsabiqələr
laureatı, pianoçu
Səidə Tağızadə
çıxış ediblər.
Proqramda S.Raxmaninovun “Violonçel üçün
sonata”, Ə.Bədəlbəylinin “Rəqs”, O.Zülfüqarovun
“Muğamsayağı”, F.Bədəlbəylinin
“Şuşa” və s.
əsərləri səslənib.
Tədbir iştirakçıları Azərbaycan
bəstəkarlarının not yazıları sərgisi ilə də tanış olublar.
Mədəniyyət.- 2017.- 22
sentyabr.- S.3.