“Ötən illərin nəğmələri” səsləndi

 

 

   Sentyabrın 20-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzuinstrumental ansamblının “Ötən illərin nəğmələri” adlı konserti oldu. Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan konsertdə əvvəlcə ansambl Gülarə Əliyevanın “Şur” fantaziyasını səsləndirdi.

   Sonra ansamblın müşayiəti ilə əməkdar artistlər Zakir Əliyev, Lalə Məmmədova, solistlərdən Kamilə Nəbiyeva, Rəşad İlyas, Zabitə Əliyeva, Rövşən Əziz, Vüsalə Əsgərova, Emiliya Yaqubova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, Sərxan Bünyadzadə və Şəhla Həmidova çıxış etdilər.

   Onların ifasında Ramiz MirişlininBir xumar baxışla”, “Bir könül sındırmışam”, “ çiçək”, “Al məndən gülüşlərimi”, Elza İbrahimovanın “Qurban verərdim”, “Sən yadıma düşəndə”, “Mehribanım”, Emin Sabitoğlunun “Qəlbimdə qaldı”, “Bu gecə”, “Güllər”, “Bəlkə də”, “ çiçək”, Oktay Kazıminin “Bəs nə deyim”, Vasif Adıgözəlovun “Xoşum gəlir”, Adil Bəbirovun “Bilirsən özün” mahnıları dinləyicilərə xoş ovqat və zərif nostalji hisslər yaşatdı.

  

   Savalan

 

Mədəniyyət.- 2017.- 22 sentyabr.- S.3.