Paytaxtımız növbəti kitab bayramına ev sahibliyi edəcək

 

 

   Bakı V Beynəlxalq Kitab Sərgi-Yarmarkası üç gün ərzində çoxsaylı tədbir və təqdimatlarla yadda qalacaq

  

   Son illər bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən paytaxt Bakı gələn həftə müxtəlif ölkələrin və respublikamızın nəşriyyat, kitabxana, elm, tədris qurumlarını, müəllif və oxucuları növbəti dəfə bir araya gətirəcək. 2009-cu ildə əsası qoyulan və iki ildən bir təşkil olunan Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası beşinci dəfə gerçəkləşəcək.   

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Bakı V Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 28-dən 30-dək Bakı İdman Sarayında baş tutacaq. Sərgi-yarmarkada iştirakla bağlı 100-dək yerli, habelə xarici ölkələrdən 40-dan artıq nəşriyyat, kitab evi və digər təşkilatlar qeydiyyatdan keçib. Tədbir zamanı müxtəlif nəşrlərin nümayişi və satışı ilə yanaşı, tanınmış yazarların oxucularla görüşü, kitab təqdimatları, yerlixarici naşirlərin işgüzar toplantılarının keçirilməsi nəzərdə tutulur.

   Sərgi-yarmarkanın rəsmi açılış mərasimi sentyabrın 28-də saat 11:00-da Bakı İdman Sarayında keçiriləcək. Mərasimdən öncə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının azyaşlı oxucularının “Gəlin birlikdə kitab oxuyaq” adlı fləşmobu və Azərbaycan Dövlət Nəfəsli Alətlər Orkestrinin çıxışı olacaq.

   Tədbirin ilk günündə nazirliyinAvtomat Kitab Köşkü” və “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihələrinin təqdimatı, Rusiyanın “ASKİ” Naşirlər Assosiasiyası və MDB-yə üzv dövlətlərin nəşriyyatlarının toplantısı, habelə kitabxanaçılarımızın VI Ümumrespublika müşavirəsi keçiriləcək.

   Sərgi-yarmarka çərçivəsində Xalq şairi Nəriman Həsənzadə, Xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, digər müəlliflərin kitablarının imza günü təşkil olunacaq.

   Beynəlxalq sərgi-yarmarka günlərində həmçinin “Mustafa Kamal Atatürk. Zəfər sirləri”, “TÜRKSOY-Azərbaycan” və “Molla Pənah Vaqif dünya dillərində” kitabları, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının ingilis dilində nəşri, Devid PerrişinFutbolkakostyum. Yaradıcı biznesə səyahət”, Peter Lenyinin “Mədəniyyət mərkəzlərinin layihələndirilməsi” kitablarının Azərbaycan dilinə tərcüməsinin, şair-yazıçı Əjdər Olun hekayələr toplusu, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın “Məhəmmədhüseyn Şəhriyar” kitabı və başqa nəşrlərin təqdimatı da nəzərdə tutulur.

   Sərgi-yarmarka zamanı kolumbiyalı müəllif Konrado Suluaqanın təqdimatında dünya şöhrətli yazıçı Qabriel Qarsia Markesə həsr olunmuş “Tənhalığın yüz iliadlanan bir möcüzə” adlı tədbir təşkil ediləcək.

   İslam həmrəyliyi ili” ilə əlaqədar tədbir, “Səlcuqlulardan Osmanlılara” adlı toplantı, Azərbaycan-Türkiyə naşirlərinin görüşü, MoskvaTehran beynəlxalq kitab sərgilərinin tanıtımı da kitab bayramının maraqlı tədbirlərindən olacaq.

   Həmçinin Azərbaycan Milli Kitabxanasında “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi konfrans, Mədəniyyət və Turizm Nazirliyinin “Bərpanəşr” layihəsi çərçivəsində çap olunmuş uşaq kitablarının, ingilis və Azərbaycan dilləri üzrə "Babbler Fish" onlayn lüğətinin təqdimatı olacaq.

   Sentyabrın 30-da mükafatlandırma və sərgi-yarmarkanın bağlanış mərasimi keçiriləcək.

   Qeyd edək ki, ənənəvi Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası bu sahədə çalışan peşəkarlar, eləcə də kitabsevərlər üçün xüsusi önəm kəsb edir. Sərgi-yarmarkaya ziyarətçi qismində qatılmaq və həmin tədbirlərdə iştirak sərbəstdir. Sərgi-yarmarka saat 10:00-dan 18:00-dək ziyarətçilərin üzünə açıq olacaq.

  

   Fariz Hüseynov

 

 

Mədəniyyət.- 2017.- 22 sentyabr.- S.4.