Barokko və renessans
musiqisi səsləndirilib
Sentyabrın
19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının
kamera və orqan musiqisi zalında Üzeyir Hacıbəyli IX Beynəlxalq
Musiqi Festivalı çərçivəsində “D`ACCORDO” ansamblı “Barokko və renessans” adlı konsert proqramını təqdim edib. Ansamblın bədii rəhbəri
İlahə Sadıqzadədir.
Solo hissədə
Fəridə Məmmədova
(soprano) və Səbinə
Əsədova (mezzo-soprano) çıxış
ediblər.
Konsertdə Tilman
Suzato, Mixael Pretorius, Antonio Vivaldi, Georq Hendel, Luici Bokkerini
və digər bəstəkarların əsərləri səsləndirilib.
Mədəniyyət.- 2017.- 22
sentyabr.- S.8.