Parisdə Səidə Zülfüqarovanın konserti
olub
Azərbaycanın klassik musiqi
ifaçısı, pianoçu
Səidə Zülfüqarovanın
Parisin 4-cü rayonunun
Paul Rey Teatrında yeni
mövsümdə ilk konserti
olub.
Konsertdə L.Bethovenin “Appassionata” sonatası, F.Şopenin
3-cü balladası, Qara
Qarayevin “İldırımlı
yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Cövdət Hacıyevin balladası, Fazil Sayın “Qara torpaq” əsəri
səsləndirilib.
S.Zülfüqarova konsertini ölkəmizdə
Milli musiqi gününə və Azərbaycan bəstəkarlıq
məktəbinin banisi
Üzeyir Hacıbəylinin
doğum gününə
həsr etdiyini bildirib. O, musiqimizin rəngarəngliyi ilə seçildiyini qeyd edərək, Şərqdə
ilk operanın məhz
Azərbaycanda yazıldığını
diqqətə çatdırıb.
Azərbaycanlı pianoçu konsertin
sonunda Fərhad Bədəlbəylinin “Dəniz”
əsərini ifa edib.
Ölkəmizin Fransadakı səfiri
Rəhman Mustafayev və konsul
Zaur Fərhadov konsertin
dinləyiciləri arasında olublar.
Mədəniyyət.- 2017.- 22 sentybar.- S.13.