Soydaşımız Rusiya
Rəssamlıq Akademiyasının fəxri akademiki
seçilib
Türkiyənin Yeditepe Universitetinin (İstanbul) dosenti, Azərbaycanın Əməkdar rəssamı, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib.
T.Rzayev Türkiyə ilə Rusiya Federasiyası arasında mədəniyyət və sənət əlaqələrinin inkişafındakı xidmətlərinə görə bu ada layiq görülüb. O həmçinin Dünya Azərbaycanlı Rəssamlar Birliyinin sədridir.
Rusiya Rəssamlıq Akademiyasının yaradılmasının 260 illik yubileyi çərçivəsində keçirilən tədbirdə soydaşımıza medalı akademiyanın prezidenti, UNESCO-nun xoşməramlı səfiri, akademik Zurab Sereteli təqdim edib.
Təqdimat mərasimində Azərbaycan və Rusiyanın Xalq rəssamı Tahir Salahov, Mimar Sinan Universitetinin rektoru, professor Yalçın Karayağız, professor Aydın Ayan və Yeditepe Universitetinin Gözəl sənətlər fakültəsinin dekanı, professor Gülveli Kaya və digər qonaqlar iştirak edib.
Mədəniyyət.- 2017.- 22 sentybar.- S.16.