Üzeyir Hacıbəyliyə ithaf

 

 

   Sentyabrın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyliyə ithaf” adlı konsert proqramı təqdim olundu.

   Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “II fantaziya”, Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Səid Rüstəmovun “Gəlmədin”, “Şeir deyilmi”, “Getmə-getmə”, Hacı Xanməmmədovun “Gözünə qurban”, Tofiq QuliyevinAxşam mahnısı”, Ramiz MirişlininKüsüb məndən” və digər mahnılar səsləndirildi.

   Mahnıları Ayşən Mehdiyeva, Sərxan Bünyadzadə, Pərviz Qasımov, Sədaqət Ulduz, Məmməd Nəcəfov, Rəvanə Əmiraslanlı və digərləri ifa etdilər.

   Konsert proqramını Əməkdar kollektiv - Azərbaycan TeleviziyaRadiosunun Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri müşayiət edirdi. Musiqi gecəsinin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Faiq Sadıqov idi.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 27 sentyabr.- S.6.