Qonşu qonşu ilə unison oxumasa...
Sentyabrın
25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
əsl mehriban qonşuluğu özündə
ehtiva edən maraqlı konsert proqramı keçirildi.
Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində
təqdim olunan Azərbaycan Dövlət Xor Kapellası ilə Tbilisi Festival Xorunun
birgə layihəsi həm gözlənilən,
həm də gözlənilməz idi.
Ona görə gözlənilən
idi ki, gürcü
xor oxuma ənənəsinin tarixi əsrlərə söykənir
və qonşularımızın
bu musiqili hünəri dünyada məşhurdur. Necə deyərlər,
gürcü xorunu hər yerdə gözləyirlər. Ona görə
gözlənilməz idi
ki, Tbilisidə məhz Bakıdakı festivalda çıxış
etmək niyyəti ilə üç kollektivin birləşməsindən
yaradılmış bu
xor həm də bizim xor
kapellası ilə birlikdə kiçik proqram hazırlamışdı.
Əvvəlcə Azərbaycan Dövlət
Xor Kapellası bədii rəhbər və baş dirijor, Xalq artisti
Gülbacı İmanovanın
idarəsi ilə öz çıxışını
təqdim etdi.
Sonra Tbilisi Festival Xorunun bədii rəhbəri, Gürcüstan Xor Cəmiyyətinin sədri,
professor Liana Çonişvili səhnəyə çıxdı.
Xanım
Çonişvili salonu
Azərbaycan dilində
salamlayaraq Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinə dəvət üçün
minnətdarlığını bildirdi. Çıxışını
yüksək qiymətləndirdiyi
Azərbaycan Dövlət
Xor Kapellası ilə daim yaradıcılıq
əlaqələri saxladıqlarını,
Gülbacı İmanovanı
Gürcüstanda keçirilən
xor müsabiqələrində
münsif kimi görməkdən məmnun
olduqlarını deyən
bədii rəhbər
festival xorunda birləşmiş
kollektivlər barədə
də məlumat verdi.
Qonaqlarımız
proqramı «yol kiçiyindir» prinsipi ilə tərtib etmişdilər deyə, səhnəyə əvvəlcə
Y.Mikeladze adına
Tbilisi Mərkəzi Musiqi
Kollecinin 14-18 yaşlı
şagirdlərindən ibarət
xor çıxdı.
Xor oxumağa başlayınca
festivalın bukletində
bu kollektiv barədə Tbilisinin müxtəlif orkestrləri
ilə fəal əməkdaşlıq etməsi
haqqında fikrə heç şübhəmiz
qalmadı. Həqiqətən də, yeniyetmə xor artistlərinin ifası mükəmməl
idi.
Şagirdlərin ardınca səhnəyə
qalxan 28 gürcü gözəli - Tbilisi Qızlar
xorunun çıxışı
isə təkcə repertuar zənginliyi ilə diqqəti çəkmədi. A-kapella oxuyan qızlar həm də xor ifaçılığının
yaratdığı çərçivədə
əsl artistizm nümayiş etdirdilər.
Kollektiv təkcə çox səs üçün yazılmış və işlənmiş vokal nümunələrini ifa etmirdi, məşhur melodiyaların insan səsi ilə imitasiyası, vokalizlər
də gözəl səslənirdi. Qızlar
xorunu İ.Cavaxişlvili
adına Tbilisi Dövlət Universitetinin tələbə xoru əvəz etdi.
Nəhayət, konsertin sonunda
bütün kollektivlərin
birgə çıxışı
salona toplaşanların
yadından uzun müddət çıxmayacaq.
G.Mirməmməd
Mədəniyyət.- 2017.- 27 sentyabr.-
S.7.