Milli Dram
Teatrı tamaşaçıların görüşünə
“Qarabağnamə” ilə gəldi
Akademik Milli Dram Teatrı yeni mövsümünü sentyabrın 22-də “Qarabağnamə” tamaşası ilə açıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Səhnə əsərinin nümayişindən əvvəl çıxış edən xalq artistləri Hacı İsmayılov və Ramiz Məlik teatrın insanların həyatında rolundan danışıblar. Qeyd olunub ki, bu mövsümdə də Akademik Milli Dram Teatrının kollektivi tamaşaçılarını yeni və bir-birindən maraqlı səhnə əsərləri ilə sevindirəcək.
Sonra
səhnə əsəri nümayiş olunub. Tamaşada rolları xalq artistləri Firəngiz
Mütəllimova, Rafiq Əzimov, Səidə
Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə,
Sabir Məmmədov, Məsmə
Aslanqızı, Kazım Həsənquliyev, Aslan
Şirin, Mirzə Ağabəyli, Pərviz
Bağırov, Elşən Cəbrayılov, Anar
Heybətov və başqaları ifa edirlər.
Musiqi tərtibatçısı Həmid
Kazımzadə, geyim rəssamı Aygün Mahmudova,
işıq üzrə rəssamı Rafael
Həsənovdur.
Mədəniyyət.- 2017.- 27 sentyabr.-
S.7.