Adı özünə yaraşan ansamblın
festival töhfəsi
Sentyabrın 21-də Bakı Musiqi
Akademiyasının "Lumineux"
ansamblı Üzeyir Hacıbəyli IX Beynəlxalq
Musiqi Festivalında geniş proqramla çıxış etdi.
Gənc ansambl Kamera və Orqan Musiqisi
Zalına toplaşanlara
Avropa, rus və Azərbaycan bəstəkarlarının xor
üçün əsərlərini
ifa etdi. Tələbələrdən Pərviz
Məmmədovun, Leyla
İbrahimovanın, Rəna
Rəhimovanın, Cavid
Axundovun musiqi alətlərində solo ifaları
da xorun çıxışlarına xüsusi
ahəng qatdı.
28 nömrədən
ibarət konsertin ən favorit ifaları isə xor üçün işlənmiş Azərbaycan
xalq mahnıları oldu. "Dağlarda çiçək", "Laçın",
"Basma-basma tağları",
"Bağa girdim üzümə" və
digər xalq mahnıları daha çox alqış qazandı.
Bakı Musiqi
Akademiyasının Xor dirijorluğu
kafedrasının baş müəllimi Naala Barateliyanın rəhbərlik etdiyi "Lumineux"
ansamblının üzvləri elə akademiyada
xor dirijorluğu
ixtisası üzrə təhsil alan tələbələrdir.
Ansambl 2016-cı ildə yaransa
da, artıq müxtəlif tədbirlərdə
diqqətçəkən ifası ilə yadda
qalıb. Bu ilin
yazında isə "Lumineux" Rusiya paytaxtında keçirilən ənənəvi
XV "Zvuçit Moskva"
beynəlxalq müsabiqəsində iştirak
edib və birinci dərəcəli
diplomla təltif olunub.
Yeri gəlmişkən, musiqi
termini olan "lumineux" fransız dilində parlaq deməkdir. Elə cəmi bir yaşı olan kollektivin konsertdə iyirmidən çox rəngarəng əsər təqdim
etməsi elə "Lumineux"in öz adına yaraşan bayram töhfəsi
oldu.
Mədəniyyət.- 2017.- 27 sentyabr.-
S.8.