Ölkəmiz Tokioda
beynəlxalq turizm sərgisində təmsil
olunub
Azərbaycanın turizm imkanları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Yaponiyanın paytaxtı Tokioda keçirilən "JATA 2017" beynəlxalq turizm sərgisində təqdim olunub. 21-24 sentyabr tarixində gerçəkləşən sərgidə nazirliyin Turizm şöbəsinin Marketinq sektorunun baş məsləhətçisi Türkan İsmayılova və “AGTravel” turizm şirkətinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
Beynəlxalq sərgidə Azərbaycanın iştirakı GUAM-a üzv dövlətlərlə birlikdə xüsusi statusda həyata keçirilib. 36 kvadratmetr sahəsi olan stenddə Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna və Moldovanın turizm imkanları birgə əks olunub.
Sərginin açılışı zamanı Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ölkəmizin stendini ziyarət edib. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis və yapon dillərində ölkəmizin mədəniyyəti, tarixi, təbiəti, turizmi, mədəni irsi haqqında reklam-çap məhsulları təqdim olunub.
Sentyabrın
22-də sərgi çərçivəsində
Yaponiyanın turizm sənayesinin nümayəndələri
üçün ölkəmizin turizm potensialına dair təqdimat
keçirilib.
Mədəniyyət.- 2017.- 27 sentyabr.-
S.9.