Kitabsevərlər üçün yenilik

 

 

   Avtomat kitab köşkü” layihəsinin təqdimatı olub

   

   Sentyabrın 28-də V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində mütaliə həvəskarları üçün sürpriz olan bir yeniliyin - Mədəniyyət və Turizm NazirliyininAvtomat kitab köşkü” layihəsinin təqdimatı keçirildi.

   Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov “Avtomat kitab kökü” haqqında ziyarətçilərə məlumat verərək bildirdi ki, bu tipli aparatlar ilk dəfə olaraq müxtəlif içkilərin satışı üçün nəzərdə tutulub. Müasir dövrdə bir sıra ölkələrdə kitabların da artıq bu üsulla satışı həyata keçirilir. Aparatın özəlliyi müştəri ilə birbaşa əlaqədə olub, müvafiq məbləği ödədikdən sonra nəzərdə tutulan kitabı almağa imkan verir.

   Qeyd olundu ki, 200-250 kitab tutumu olanAvtomat kitab köşkünün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və digər kitabxanaların önündə, eləcə də açıq havada kitab sərgilərinin təşkil olunduğu yerlərdə quraşdırılması nəzərdə tutulur.

 

   Fariz

 

Mədəniyyət.- 2017.- 29 sentyabr.- S.3.