Füzuli Dram Teatrında yeni mövsüm
Füzuli Dram Teatrında yeni,
29-cu mövsümün açılışı
olub. Tədbirdə teatrın direktoru,
Əməkdar mədəniyyət
işçisi Vaqif Vəliyev, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini
Gülbahar Eyvazova çıxış ediblər.
Teatrın ötən mövsümdə
uğurları ilə
fərqlənən bir
neçə aktyor və aktrisası fəxri fərmanla təltif olunub.
Çıxışlardan sonra teatrın repertuarında olan
Şıxəli Qurbanovun "Özümüz bilərik” tamaşası qonaqlara təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu
rəssamı Ellinaz Balaşova,
musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sehran Xanlarov, Sevinc Məmmədova,
Elşən Gözəlova, Aygün Cəfərova,
Orxan Əlibəyov və başqaları
çıxış edir.
Mədəniyyət.- 2017.- 29 sentyabr.-
S.4.