Turizm qeyri-neft sektorunun prioritet istiqaməti kimi dinamik inkişaf edir
Bu sahədə
çalışanların peşə bayramı münasibətilə mətbuat
konfransı keçirildi
27 sentyabr
- Dünya turizm günü ənənəvi
olaraq ölkəmizdə
də qeyd olundu. Xatırladaq ki, Prezident İlham
Əliyevin 1 sentyabr
2016-cı il tarixli sərəncamına
əsasən, əlamətdar
gün həmçinin
Azərbaycanda turizm işçilərinin peşə
bayramı kimi qeyd edilir.
Əlamətdar gün ilə əlaqədar Mədəniyyət və
Turizm Nazirliyinin kollektivi və turizm sektorunda çalışanlar sentyabrın
27-də Fəxri xiyabana
gələrək xalqımızın
ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə
gül dəstələri
qoydular. Görkəmli oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunaraq məzarı
üzərinə gül
dəstələri düzüldü.
* * *
Turizm işçilərinin peşə bayramı münasibətilə “JW Marriott Absheron” hotelində mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə mətbuat konfransı keçirildi.
Nazir öncə turizm işçilərinin peşə
bayramını təbrik
etdi və ölkə turizminin inkişafında xidmətləri
olan şəxslərin
təltif edilməsi haqqında dövlət başçısının 26 sentyabr 2017-ci il
tarixli sərəncamını
diqqətə çatdırdı:
“Bu gün ölkəmizdə
artıq ikinci dəfədir ki, turizm işçilərinin
peşə bayramı
qeyd olunur. Bu, Prezident İlham
Əliyevin turizm sənayesinin inkişafına
nə qədər önəm verdiyinin bir daha sübutudur.
Son bir neçə il ərzində
qurulan turizm infrastrukturunun nəticəsidir
ki, hazırda bu sahədə 46 min nəfər çalışır.
Bura 60
min nəfərdən çox
mədəniyyət sahəsində
çalışanları da
əlavə etsək,
ümumilikdə 100 min nəfərdən
çox insan turizm sahəsinə xidmət edir. Mən onlara fədakar əməklərinə görə
təşəkkür edirəm.
Bu əlamətdar gün turizm müəssisələrində bayram kimi qeyd
olunmalıdır”.
Gəlmə və daxili turizmdə dinamik inkişaf tempi
Əbülfəs
Qarayev turizmin ölkəmizdə qeyri-neft
sektorunun prioritet istiqamətlərindən biri
olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə
Strateji Yol Xəritəsində mühüm
yer tutduğunu dedi. Qeyd olundu
ki, turizm özlüyündə bir
sıra sahələri
əhatə edir və bu sahələrin
inkişafı üçün
əlaqədar strukturlar
birgə çalışmalıdır:
“Azərbaycan stabil, təhlükəsiz və
qonaqpərvər ölkədir.
Burada turistlərin istirahəti üçün hər bir şərait mövcuddur. 2016-cı ildə ölkəmizə
2 milyon 248 min turist səfər edib. Bu ilin 8 ayında
Azərbaycana 1 milyon
818 min nəfər turist
gəlib. Bu ilin ilk yeddi ayında xarici turistlərin ölkəmizdə
bank əməliyyatları ötən
illə müqayisədə
97 faiz artaraq 703 milyon manatdan çox olub. Ümumilikdə isə cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyard
300 milyon manat vəsait xərcləyib.
Yerli turistlərin 8 ayda xarici ölkələrdə
xərclədiyi məbləğ
isə 1 milyard 200 milyon manat olub”.
Nazir ölkəmizin regionlarında
da turizmin inkişaf etdiyini diqqətə çatdırdı.
Bildirdi ki, yay mövsümündə
- ilin iyun, iyul və avqust
aylarında regionlardakı
hotellərdə və
mehmanxana tipli obyektlərdə 860 mindən
çox yerləşdirmə
olub. Bu ilin
8 ayında isə bu göstərici 1 milyon 294 min nəfərdən
artıqdır.
Vurğulandı
ki, 2016-cı ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında
ixtisaslaşmış turizm
sənayesinin inkişafına
dair Strateji Yol Xəritəsi”ndə bu sahədə mühüm istiqamətlər
öz əksini tapıb. Hazırda Strateji Yol Xəritəsinin icrası
istiqamətində işlər
həyata keçirilir.
İkinci Bakı Şopinq Festivalı oktyabrın
15-də başlayacaq
İkinci Bakı Şopinq
Festivalından danışan
nazir bildirdi ki, festivalın oktyabrın 15-dən noyabrın
15-dək keçirilməsi nəzərdə tutulur.
Qeyd olundu ki, ikinci festival birincidən iştirakçı
şirkətlərin və
əhatə olunan məhsulların çeşidinin
çoxluğu ilə
fərqlənəcək: “Bu dəfə də festivalda paytaxt sakinləri və şəhərimizin qonaqları
üçün bir
ay müddətində müxtəlif
satış-yarmarkaları və
müxtəlif şou-proqramlar
təşkil ediləcək.
İkinci festival da özünəməxsus
yeniliklər, maraqlı
mədəni tədbirlər
və sürprizlərlə
zəngindir. Azərbaycanın zəngin mədəniyyətini,
turizm imkanlarını,
eləcə də ticarət potensialını
əks etdirəcək
festival ilk günlərdən ziyarətçilərin və
iştirakçıların böyük axınına
səbəb olacaq.
Dünyanın bir çox
ölkəsindən turistlərin
və alıcıların
diqqətini cəlb edən festival zamanı əyləncə ilə alış-verişin vəhdəti
hər bir iştirakçı üçün
unudulmaz anlarla yadda qalacaq”.
Əbülfəs Qarayev Mədəniyyət
və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən
Milli Turizm Təbliğat Bürosunun
həyata keçirdiyi
layihələrdən də
söz açdı.
Bildirildi
ki, qurum işini maraqlı layihələr əsasında
qurub. Yaxın vaxtlarda büronun
Bakı və regionlarla bağlı iki portalı fəaliyyətə başlayacaq.
Yeni turizm məkanlarının
yaradılması davam
edir
Nazir ölkəmizdə yeni turizm obyektlərinin açılması istiqamətində
də işlərin getdiyini diqqətə çatdırdı: “Bu gün
Azərbaycanda 563 hotel, 734 turizm
şirkəti fəaliyyət
göstərir. Hazırda yeni
Xızı-Xaçmaz, Quba
və Qusar turizm və rekreasiya zonalarının yaradılması istiqamətində
işlər həyata
keçirilir. Artıq tenderlər
yekunlaşıb. Azərbaycan və
Türkiyə şirkətləri
qalib olub. Bu layihələrin icrasında İspaniya və digər ölkələrin nümayəndələri
də yaxından iştirak edəcək”.
Qeyd olundu ki, hazırda
Azərbaycan turizm sənayesi 3- 3,5 milyon xarici turisti
qəbul etmək iqtidarındadır. Qarşıdakı
illərdə turist səfərlərinin artacağını
nəzərə alaraq
indidən gələcək
inkişafa nail olmaq üçün müvafiq
addımlar atılır.
Turizm sahəsində ölkəmizin
beynəlxalq nüfuzu
artır
Əbülfəs
Qarayev turizm haqqında yeni qanunun qəbul olunacağını da diqqətə çatdırdı:
“Bizim qarşımızda
duran əsas məsələ turizm haqqında qanunun qəbul edilməsidir. Dövlətimiz bu istiqamətdə
keyfiyyəti prioritet istiqamətlərdən sayır.
Keyfiyyət kriteriyaları işlənilir,
eyni zamanda reyestr sisteminin hazırlanması üçün
də işlər görülür”.
Qeyd olundu ki, ölkəmizin turizm sənayesi dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Bu il Dünya turizm gününün “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında qeyd olunduğunu deyən nazir bildirdi ki, Prezident İlham Əliyevin turizm sahəsinə diqqət və qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir: “Sentyabrın 11-dən 16-dək Çin Xalq Respublikasının Çenqdu şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (DTT) Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində qurumun Avropa Regional Komissiyasının iclası keçirildi. İclasda Avropa regionundan 5 ölkə - Azərbaycan, Rumıniya, Rusiya, Yunanıstan və Litva 2018-2021-ci illər üçün DTT-nin İcraiyyə Şurasına üzv seçildi. Azərbaycanın növbəti dörd il müddətinə qurumun İcraiyyə Şurasına üzv seçilməsi son illərdə ölkəmizin turizm sahəsində qazandığı uğurların və şurada səmərəli fəaliyyətinin təsdiqidir”.
Sektorun problemləri və perspektivləri
Turizm sənayesində müəyyən problemlərin də olduğunu deyən Əbülfəs Qarayev bunların aradan qaldırılması üzrə işlərin aparıldığını bildirdi: “Bu il istədiyimiz qədər yay çimərlik xidmətlərinin artırılmasına nail ola bilmədik. Lakin bu istiqamətdə marketinq və təbliğat işləri davam etdirilir. Yerli icra hakimiyyətləri də bununla məşğuldur. Ümid edirəm ki, gələn il bu istiqamətdə irəliləyişə nail olacağıq”.
Nazir sektor üçün kadr hazırlığından, turizm peşə məktəblərinin sayının artırılmasının vacibliyindən də danışdı, bu sahədə müəyyən addımların atılacağını vurğuladı.
Tədbirdə turizm sahəsində xidmətlərinə görə bir qrup şəxsə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri turizm işçisi” döş nişanı və nazirliyin fəxri fərmanları təqdim olundu.
Sonda jurnalistlərin sualları
cavablandırıldı.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 29 sentyabr.-
S.5.